Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə çapdan çıxmış kitabın təqdimatı keçirilib

-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə çapdan çıxmış «Siz unudulmamısınız…» kitabının təqdimat mərasimi keçirilib.

 

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq paytaxtımızda, eləcə də respublikamızın digər şəhər və bölgələrində silsilə tədbirlər reallaşdırılmaqdadır. O, rəhbərlik etdiyi qurumun bu tədbirlərdə iştirakından söz açıb. Yubileyin daha yaddaqalan olması üçün gördüyü işləri sadalayıb. «Siz unudulmamısınız…» kitabının da əlamətdar tarixə bir töhfə olduğunu vurğulayıb: «Ömrünü-gününü jurnalist peşəsinin məziyyətlərinə qatlaşaraq keçirmiş çoxsaylı qələm sahiblərimiz var. Onların fədakar əməyi gənc nəslimiz üçün örnəkdir. Belələrinin cəmiyyətə tanıdılması təkcə mətbuatımızın həyatımızıdakı rolunu vurğulamaq deyil, eyni zamanda keçmiş yaşantılarımızın yada salınması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu adamların hər birinin həyat və yaradıcılığı bütöv bir mərhələni, dəyərlər sistemimizi gözlərimiz önündə canlandırır, Həsən bəy Zərdabinin miras qoyduğu mətbu irsin ənənəvilik simvolu kimi çıxış edir. Buna görə də Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi onların hifz olunduğu kitabın hazırlanması istiqamətində işə başladı. Hesab edirəm ki, bu iş çox uğurlu alındı. Onu da xüsusi bildirim ki, ümumən ahıl jurnalistlərmizə dövlət qayğısı da sistemli aparılan işdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələri təmsilçiləri ilə 2013-cü ildə keçirilmiş görüşündə məsələ qaldırıldı. Dövlət başçısının tapşırığı ilə Şuranın Ahıl Jurnalistlər Məclisinin təşkilatlanması üçün müvafiq tədbirlər görüldü. Məclis vaxtaşırı olaraq veteran jurnalistlərimizi ziyarət edir, onlarla bağlı yaracılıq gecələri, anım mərasimləri düzənləyir. Artıq bu fəaliyyət xoş ənənəyə çevrilib», - deyən Ə.Amaşov təqdimatı keçirilən kitabın da ənənələrə sadiqlik ruhuna kökləndiyini vurğulayıb. 

 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov «Ərgünəş» Nəşriyyatında işıq üzü görmüş «Siz unudulmamısınız…» kitabının xarakterik xüsusiyyətlərindən söz açıb. O bildirib ki, səkkiz bölümdən ibarət nəşrdə korifey jurnalistlərimiz haqqında xatirə oçerkləri, beş ildir fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin gördüyü işlərin icmalı, müxtəlif tədbirlərdən fotogörüntülər, habelə tanınmış qələm sahibləri barədə avtobioqrafik məlumatlar toplanıb. Kitab-toplunun Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunduğunu vurğulayan Y.Kərimov onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında MŞ-nin Ahıl Jurnalistlər Məclisinin «Siz unudulmamısınız…» kitabının ərsəyə gətirilməsini son dərəcə faydalı iş adlandırıb. Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində belə bir nəşrin işıq üzü görməsinin əlamətdar tarixə mühüm töhfə olduğunu diqqətə çatdırıb. 

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, həmçinin veteran jurnalistlərdən Əlövsət Bəşirli, Məzahir Süleymanzadə, Etabar Etibarlı və başqaları «Siz unudulmamısınız…» kitabının xarakterik xüsusiyyətlərindən söz açaraq bildiriblər ki, nəşr klassik mətbuatımızla müasir mediamız arasında körpüdür, jurnalistikamızın ictimai həyatımızdakı önəmini vurğulayan dəyərli nümunədir.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »