Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əflatun Amaşov deputat kimi fəaliyyətinin ötən bir ili bağlı seçicilər qarşısında hesabat verib

-

Milli Məclisin üzvü Saatlıda bir qrup vətəndaşı qəbul edib

Fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlıda bu rayonun icra hakimiyyətinin 2016-cı ildə gördüyü işlərə dair hesabat konfransında iştirak edib. Toplantıdan öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Daha sonra rayon istehsalı olan məhsulların sərgisinə baxış keçirilib. 


Hesabat konfransını giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov bildirib ki, respublikanın digər bölgələri, şəhərləri, qəsəbə və kəndləri kimi, Saatlı rayonunda da son illər iqtisadiyyatda, sosial-mədəni həyatda qazanılan bütün uğurlar dövlət başçısının göstərdiyi yüksək diqqət və qayğı sayəsində əldə olunmuşdur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasından ötən 3 il ərzində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və hər bir sahədə uğurlar var. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Rayonun 2016-cı ildəki sosial-iqtisadi göstəriciləri bunun əyani təzahürüdür. Belə ki, 2016-cı ildə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 90,0 faizə yaxın təşkil edir. S.Cabbarov çıxışında digər iqtisadi göstəricilərə toxunub, o cümlədən vətəndaşlarla iş sahəsindəki vəziyyətlə əlaqədar spesifik məqamları qabardıb. 

Hesabat konfransındakı çıxışında Milli Məclisin deputatı Ə.Amaşov Saatlı Rayon İcra Hakimiyyətinin baqçısı S.Cabbarovun 2016-cı ilə dair hesabatını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin məmurlar qarşısında müəyyənləşdirdiyi başlıca tələb əhalinin problemlərinə münasibətdə həssas davranmaqdır. Həssas münasibət həm qanunlardan irəli gələn tələbdir, həm də mənəvi məsələdir. 

Ə.Amaşov da çıxışında Milli Məclisin üzvü kimi fəaliyyətinin ötən bir ili ilə bağlı bəzi statistik rəqəmləri açıqlayıb. Deputat deyib ki, 2016-cı ildə ona 292 məktub daxil olub ki, həmin sənədlərdən də 158-i bilavasitə vətəndaş müraciətidir. Daha 10 vətəndaş müraciəti aidiyyatı üzrə daxil olub. Ümumilikdə 168 vətəndaş müraciətindən 23-ü ilkin mərhələdə araşdırılıb və orada göstərilən problem həll olunub. Digər 145 müraciət ilə əlaqədar müvafiq qurumlara sorğu göndərilib. Həmin sorğulardan 124-nə rəsmən cavab alınıb. 

«İl ərzindəki 168 vətəndaş müraciətindən 112-i deputatı seçildiyim 62 saylı Saatlı seçki dairəsinə daxil olan kənd və qəsəbələrin sakinlərindəndir. 56 müraciət isə Saatlı sakini olmayan vətəndaşlardandır. 155 müraciətlə bağlı ayrı-ayrı qurumlara ünvanlanmış sorğulara verilmiş 124 cavab nəticəsində müəyyənləşdirilib ki, 86 vətəndaşın istəyi təmin olunub. Digər 38 cavab məktubundan 30-da vətəndaşın istəyinin qeyri-qanuni olduğu barədə məlumat verilib. Yerdə qalan 8 cavabda vətəndaşın istəyinin mərhələlərlə təmin ediləcəyi əsaslandırılıb», - deyən Ə.Amaşov onu da bildirib ki, deputat kimi ona şifahi müraciətlər də daxil olmaqdadır. İl ərzində ona edilən 108 şifahi müraciət üzrə ayrı-ayrı qurumlarla əlaqə saxlanılıb. Ümumilikdə 80-ə yaxın vətəndaşın istəyi təmin olunub. 

Deputat həmçinin Saatlı rayonunun sosial-iqtisadi vəziyyətinin, yol infrasturukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyətin uğurlu nəticələr verdiyini vurğulayıb. Qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb. 

Hesabat konfransında çıxış edən Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputatı, parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Prezident Administrasiyasının əməkdaşı İbrahim Mustafayev və başqaları Saatlı rayonunda 2016-cı ildə görülmüş işlərin tempinin respublika üzrə həyata keçirilən tədbirlərə adekvat olduğunu vurğulayıblar. Onlar gələcəkdə daha çevik fəaliyyət göstərilməsinin zəruriliyini əsaslandırıblar. Tədbirdə bu istiqamətdə rayon ictimaiyyətinin təmsilçiləri ilə müzakirələr aparılıb.

****

Fevralın 3-də Milli Məclisin deputatı Ə.Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib. Qəbulda ümumilikdə 18 vətəndaş dinlənilib, onları narahat edən məsələlər öyrənilib, müvafiq tapşırıqlar verilib. Eyni zamanda vətəndaşların problemlərinin aradan qaldırılmasında səmərəliliyin təmin olunması üçün onlara zəruri tövsiyələr də verilib. 


22
iyul
Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstü ziyarət olunub

-

ətraflı »
19
iyul
Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

-

ətraflı »
17
iyul
Özbəkistanın yazar-jurnalistləri Mətbuat Şurasında olublar

-

ətraflı »
17
iyul
Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib

-

ətraflı »
13
iyul
İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar

-

ətraflı »
12
iyul
İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib

-

ətraflı »