Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycan beynəlxalq münasibətlər sistemində» müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş «Azərbaycan beynəlxalq münasibətlər sistemində» adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib Azərbaycan Mətbuat Şurasının Beynəlxalq münasibətlər komissiyasının xəttilə gerçəkləşdirilən “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusundakı layihə çərçivəsində baş tutan mərasimdə MŞ idarə Heyətinin üzvləri, KİV-lərin baş redaktorları, Milli Məclisin deputatları qatılıblar. Mərasim başlamazdan öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

 

MŞ sədri Əflatun Amaşov “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusundakı layihə ilə bağlı məlumat verərək bildirib ki, mövcud təşəbbüs çərçivəsində reallaşdırılmış mühüm tədbirlərdən biri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş «Azərbaycan beynəlxalq münasibətlər sistemində» yazı müsabiqəsidir. “Ulu Öndər Heydər Əliyev medianın cəmiyyətdəki yeri və roluna daim böyük önəm verib. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan mətbuatı mühüm keyfiyyət dəyişiklikləri mərhələsinə qədəm qoymuşdu. Medianın hüquqi bazasının işlənilməsi həyata keçirildi. Cəmiyyətdə söz və ifadə azadlıqlarını dərinləşdirmək məqsədilə tədbirlər gerçəkləşdirildi. Heydər Əliyev irsi hər birimiz üçün öyrənilməli məxəzdir. Bu prosesdə jurnalistikanın böyük rolu var. Müsabiqəmizə təqdim olunan yazılar da həmin rolun kifayət qədər dərk edildiyini söyləməyə əsas verir. Bütün qalibləri təbrik edirəm, onlara yeni-yeni uğurlar arzulatıram”.

 

MŞ İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası fəaliyyətində jurnalistlərin ixtisaslaşmaları ilə bağlı məsələlərə daim böyük önəm verib. İndiyədək mövcud istiqamətdə çoxsaylı təşəbbüslərlə çıxış edib. Nəticə etibarilə bir sıra uğurlara da imza atılıb. Bu baxımdan beynəlxalq münasibətlər mövzusuna üstünlük verən jurnalistlərin formalaşması da önəmlidir: “Başlıca məqsədimiz də bu prosesə dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində KİV-lərin monitorinqi aparılmaqda, peşəkarlıq xüsusiyyətlərinə nəzər salınmaqdadır. Həmçinin beynəlxalq mövzudakı materialların təqdimatındakı tendensiyalara da diqqət yetirilməkdədir. Ümumən görüləcək işlər çoxdur. Biz monitorinqin nəticələrinə görə fərqlənən KİV-lərin, eləcə də bu müsabiqənin nəticələrinə görə fərqlənən jurnalistlərin gələcəkdə ixtisasartırma kurslarına cəlb edilməsini nəzərdə tuturuq. Hesab edirəm ki, bu gün mükafatlandırılma mərasiminin keçirildiyi müsabiqə mövcud istiqamətdəki konturları müəyyənləşdirmək baxımından önəmli oldu. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, həmçinin beynəlxalq siyasi proseslərə baxışda Azərbaycan jurnalistikasının rolunun artırılması son dərəcə önəmlidir.”

 

MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə məlumat verib ki, layihə çərçivəsində aparılan monitorinqin nəticələrinə görə beynəlxalq münasibətlər mövzusunun təqdimatında fərqlənən KİV-lər də təltif olunacaqlar. Bu baxımdan “525-ci qəzet”in, “İki sahil” və “Xalq cəbhəsi” qəzetlərinin, həmçinin AzərTAc-ın, APA-nın və “SalamNyews” İnformasiya Agentliklərinin fərqləndiyini vurğulayan R.Hüseynzadə ötən səkkiz ayın yekunlarına əsasən 20-i qəzet, 10-u elektron media resursu olmaqla monitorinqə cəlb olunmuş 30 KİV-də ümumilikdə 24557 materialın getdiyini vurğulayıb. 24557 materialın 12484-ü qəzetlərin, 12073-ü elektron resursların payına düşür. “KİV-lər daha çox beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı materiallara üstünlük veriblər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Cənubi Qafqaz regionundakı mövqeyi, qonşuluq münasibətlərinə dair materiallar da üstünlük təşkil edib. Monitorinqdə diqqət yetirilən ikinci cəhət materialların məhz hansı səpkili olmasıdır. KİV materiallarının monitorinqinə əsasən qəzetlərin və internet media resurslarının daha çox üstünlük verdikləri istiqamətlər müəyyənləşdirilib və həmin istiqamətlər üzrə dəyərləndirmələr aparılıb. Bu istiqamətlərin sayı 4-dür – siyasi, iqtisadi, mədəniyyət, elmi”. 

 

Qeyd edək ki, 24557 materialdan 16920-i siyasi məzmunludur. İqtisadi məzmunlu materialların sayı 4029-dur.  Beynəlxalq miqyaslı mədəni əlaqələri əks etdirən materiallar 2508 təşkil edib.

1100 material isə beynəlxalq miqyaslı elmi əlaqələri əks etdirib. Janr xüsusiyyətlərinə gəlincə, ümumi materialların 20406-ı xəbərdir. 2202 material müsahibədir. Analitik təhlillərin sayı 1949-dur. Monitorinq qəzetlərin elektron informasiya resurslarına nisbətdə beynəlxalq miqyaslı prosesləri əks etdirən analitik materiallara daha çox üstünlük verdiklərini müəyyənləşdirib. 

 

Tədbirdə «Azərbaycan beynəlxalq münasibətlər sistemində» müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına keçilməzdən öncə beynəlxalq münasibətlərə dair materialların təqdimatında fərqlənmiş “525-ci qəzet”ə, “İki sahil” və “Xalq cəbhəsi” qəzetlərinin, həmçinin  AzərTAc-ın, APA-nın və “SalamNyews” İnformasiya Agentliyinin nümayəndələrinə MŞ-nin diplomları təqdim olunub.

 

«Azərbaycan beynəlxalq münasibətlər sistemində» müsabiqəsi mükafatçılarının siyahısı:

 

“Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti”

istiqaməti üzrə

 

I yer

Rəşad Cəfərli, “Azərbaycan” qəzeti

 

II yer 

Azər Nuriyev, “Kaspi” qəzeti

 

III yer

Eldəniz Əliyev, “Unikal” qəzeti

Elçin Namazov, “İki sahil” qəzeti

 

“Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu”

istiqaməti üzrə

 

I yer

Fuad Hüseynzadə, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi

 

II yer

Cavanşir Həsənli, “Xalq cəbhəsi” qəzeti

 

III yer

Akif Cabbarov, İTV

 

“Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar”

istiqaməti üzrə

 

I yer

Müsəllim Həsənov, Bakı Media Mərkəzi

 

II yer

Əhməd Məmmədov, AzərTAc

 

III yer

Ruslan Xəlil,“Gündəlik teleqraf” qəzeti

 

Həvəsləndirici mükafatlar

 

1. Asəf Quliyev, “qafqazinfo.az” saytı

2. Əziz Mustafa, “Zaman Azərbaycan” qəzeti

3. Pünhan Əfəndiyev, “Üç nöqtə” qəzeti

4. Vüqar Orxan, “Mədəniyyət” qəzeti

5. İlkin Ağayev, “Palitra” qəzeti

6. Aqil Aslan, “Ekspress” qəzeti

7. Bəhlul Eminli, “İqtisadiyyat və həyat” jurnalı

8. Nurlan Qələndərov, “Yeni Azərbaycan” qəzeti

9. Lalə Mehralı, “Səda” İnformasiya Agentliyi

10. Süleyman İsmayılbəyli, “Olaylar” İnformasiya Agentliyi

11. Günel Cəlilova, “Bakı xəbər” qəzeti

12. Seymur Verdizadə, “Reytinq” qəzeti

13. Vüsal Tağıbəyli, “Həftə içi” qəzeti

14. Paşa Əmircanov, “Xalq qəzeti”

15. Ramiz Cürənov, APA

16. Tahir Abbaslı, “Paralel” qəzeti

17. Ayyət Abdullayev, “Şərq” qəzeti

18. Fərəh Sabirqızı, “Bakı post” qəzeti

19. Fariz Vəliyev, “Mövqe” qəzeti

20. Orxan İsrafilov, “İki sahil” qəzeti

21. Zəkurə Quliyeva, “Qarabağ” qəzeti

 

Bölgə qəzetləri

 

1. Azər Abdullayev, “Astara” qəzeti

2. Xanım Nəsibova, “Kür” qəzeti (Yevlax)

3. Lalə Maqsudova, “Qobustan” qəzeti

4. İbrahim İbrahimov, “Zaqatala” qəzeti


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »