Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

İclasda “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı olay da müzakirə olunub

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, bu iclas MŞ-nin 9 yaşının tamam olduğu əlamətdar bir vaxta təsadüf edir. O, Mətbuat Şurasının yarandığı gündən indiyədək keçdiyi yola nəzər salıb. Əsas missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi olan MŞ-nin postsovet məkanında yaradılan ilk qurum kimi özünü praktik fəaliyyətdə doğrultduğunu, Şuranın beynəlxalq təşkilatların aktiv üzvlərindən biri kimi nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini deyib, qurumun digər fəaliyyət istiqamətləri barədə söhbət açıb.

Ə.Amaşov MŞ-nin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda nüfuz sahibi kimi formalaşmasında Şuranın İdarə Heyəti üzvlərinin mühüm rol oynadıqlarını diqqətə çatdırıb, onların hər birinə təşəkkürlərini bildirib.

 

Sonra gündəliyə daxil olan məsələlərin müzakirəsi başlanılıb. Əvvəlcə Şuranın “apellyasiya qrupu”nun təqdim etdiyi təkliflər müzakirə olunub. Qrupun sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məlumat verib ki, adları Şuranın “reket nəşr”lər üçün müəyyənləşdirdiyi “qara siyahı”sına salınmış 20-dək qəzetin baş redaktoru həmin kütləvi informasiya vasitələrinin oradan çıxarılması üçün MŞ-yə müraciət edib. “Apellyasiya qrupu” müraciətləri araşdıraraq qənaətə gəlib ki, onlardan 3-ü barədə belə ölçü götürülməsinə əsaslar mövcuddur. Digərlərinin isə monitorinqinin davamına zərurət duyulur. Araşdırmaların yekunu konkret ölçü götürülməsini şərtlədirə bilər.

İdarə Heyətinin üzvləri qərara alıblar ki, “Söz azadlığı” və “Qanun alidir” qəzetlərinin adlarının “qara siyahı”dan çıxarılması üçün əsaslar var. “Dəryaz” qəzeti barədə də müvafiq qərar qəbul oluna bilər. Lakin bu, şərti mahiyyət daşıyacaq. Şura Katibliyi həmin mətbu nəşrlə bağlı üçaylıq monitorinq aparacaq, yekunu barədə İdarə Heyətini məlumatlandıracaq. Yeni müzakirələr  qərarın qüvvəyə minməsi üçün nə dərəcədə əsasların olmasına aydınlıq gətirəcək.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin məsələnin müzakirəsi zamanı səsləndirdiyi təklif də müsbət dəyərləndirilib. O deyib ki, Şuranın “Reket nəşrlər”in müəyyənləşdirilməsinə dair Təlimatında adları “qara siyahı”da olan KİV-lərin üzərlərindən ictimai qınağın götürülməsi üçün MŞ-yə müraciət müddəti qərarın qəbulundan bir il sonraya nəzərdə tutulub. Siyahıda elə mətbu nəşrlər var ki, adları təkrarən ora salınıb. Belələri ümidlidirlər ki, bir ildən sonra yenidən siyahıdan çıxmaq imkanı yaranacaq. Nəticədə proses bir neçə dəfə təkrarlana bilər ki, bu da medianı və ictimaiyyəti narazı salan məqama çevrilər. V.Səfərli təklif edib ki, adları təkrarən siyahıya qaytarılan KİV-lər üçün həmin müddətin 3 ilə qaldırılması daha effektiv olardı.

Təklif səsə qoyulub və yekdilliklə bəyənilib. Beləliklə təlimata yeni bəndin əlavə olunması qərarlaşdırılıb.

İclasda “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı olay da müzakirə olunub. İH üzvləri baş vermiş hadisəni pisləyiblər. Qərara alınıb ki, məsələdə günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin gedişini izləmək üçün müvafiq qurumlarla təmaslar gücləndirilsin.

Sonda MŞ sıralarına qəbul keçirilib. “Xocalının səsi” qəzetinin və “Royal” jurnalının MŞ sıralarına qəbulu barədə qərar çıxarılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »