Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tələbə-jurnalistlər üçün təhsil təqaüdü

Mətbuat Şurası ali məktəblərin jurnalistika fakultələrinə qəbulu stimullaşdırır

«Mətbuat Şurası abituriyentlərin jurnalistika üzrə qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün Ali Təhsil Təqaüdü təsis edib. Təqaüd 500 bal həddini keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə veriləcək». Bunu Azərbaycan Mətbuat Şurasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış Qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov mediaya açıqlamasında deyib.
 
Ə.Amaşov bildirib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən 441 abituriyent var. Onlar 200 bal həddini aşıblar. Abituriyertlərdən 247-i imtahanı paytaxtda, digərləri isə bölgələrdə verəcək. 441 nəfərin 10 faizinin topladığı bal 500-dən yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə veriləcək.

Ə.Amaşov onu da bildirib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. «Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar», - deyən Şura sədri ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işlərinin başa çatdığını da deyib.

Ali Təhsil Təqaüdünün məbləğinə gəlincə, Ə.Amaşov bunun ilk mərhələdə 60 manat olacağını və müvafiq təhsil şərtlərini ödəyən tələbələrə hər ay ödəniləcəyini diqqətə çatdırıb.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »