Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

-

Bu gün Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda KİV təmsilçiləri üçün yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, münsiflər heyətinin üzvləri, media nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Mətbuat Şurasının sədriMilli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müsabiqənin məqsədi jurnalistlərin iqtisadi maarifləndirilməsi, onların qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu, eləcə də ölkənin qida təhlükəsizliyində sahibkarlığın missiyası ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib və bu istiqamətdə “Veysəloğlu” şirkətlər qrupunun gördüyü işlərin olduqca yüksək qiymətləndirildiyini qeyd etib.

“Veysəloğlu” Şirkətlər Qrupunun Biznesin İnkişafına Dəstək üzrə baş direktoru İlqar Nuri çıxış çıxışında ilk olaraq media nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik edib, şirkətin təşkilatçılığı ilə keçirilən müsabiqənin iştirakçılarına təşəkkürünü bildirib. 

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, iqtisadçı-ekspertlər Vüqar Bayramlı və Əli Əhmədov müsabiqənin əhəmiyyətli cəhətlərindən söz açaraq bildiriblər ki, belə təşəbbüslərdə peşəkar jurnalistlərin irəli sürdükləri fikirlər dövlətin mövcud sahədəki siyasətinin daha da optimallaşdırılmasına dəstəkdir.

Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov qalibləri təbrik edərək, gələcəkdə bu kimi yazı müsabiqələrinin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb və media nümayəndələrini daha aktiv iştirak etməyə dəvət edib.   

Sonra müsabiqədə qalib gələn və fərqlənən media nümayəndələrinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar qəbul edilib. Münsiflər heyəti ümumilikdə 38 KİV-də yayımlanmış eyni sayda yazını nəzərdən keçirib. Bu KİV-lərdən 18-i qəzet, 11-i internet xəbər saytı, 8-i informasiya agentliyi, 1-i jurnaldır. 

Təqdim edilmiş materiallardan biri I yerə (1000 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 19 yazı müəllifi isə həvəsləndirici mükafata (100 manat) layiq görülüb. 

 

Müsabiqə laureatlarının

SİYAHISI

 

I yer

İlahə Məmmədli, Trend İA.

II yer

1. İlhamə Rəsulova, “Bizim yol” qəzeti;
2. Dünya Camalova, “Qafqazinfo.az” saytı.

III yer

1. Allahverdi Cəfərov, “Yeniavaz.com”;
2. Nərgiz Salmanova, “Yeni Müsavat qəzeti;
3. Fərqanə Vəkilova, “fins.az” saytı.

Həvəsləndirici mükafat

1. Qabil Əliyev, “Xalq qəzeti”;
2. Samirə Səfərova, “Bakı xəbər” qəzeti;
3. Seymur Əliyev, “Cümhuriyyət” qəzeti;
4. Mircəlal Məcidli, “Femida.az” saytı;
5. Mətanət Hüseynova, “İqtisadiyyat” qəzeti;
6. Rüfət Sultan, “Mövqe” qəzeti;
7. Ülkər Musazadə, “Voicepress.az” saytı;
8. Tural Tağıyev, “Palitra” qəzeti;
9. Orxan İsrafilov, “İki sahil” qəzeti;
10. Həbibə Abdulla, “Afn.az” saytı;
11. Səidə Hüseynova, “Media və təhsil innovasiyaları” jurnalı;
12. Süleyman İsmayılbəyli, “Olaylar” qəzeti;
13. Ruqiyyə Nəcəfzadə, “Səs” İnformasiya Agentliyi;
14. Rufik İsmayılov, “Kaspi” qəzeti;
15. Orxan Kərimov, “Salamnews” İnformasiya Agentliyi;
16. Nahid Canbaxışlı, “Veteninfo.az” saytı.
17. Ayyət Abdullayev – “Şərq” qəzeti;
18. Mahir Zeynalov – Baymedia İA;
19. İlkin Nəcəfov – “Azvision.az” saytı.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »