Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında KİV təmsilçilərinin İranın Azərbaycandakı səfiri ilə görüşü keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohsin Pakayinin görüşü keçirilib.

Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O deyib ki, Şura Azərbaycanın aparıcı media qurumlarını öz sıralarında birləşdirir. Qurumun əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu tənzimləmədə jurnalistika peşəsinə sədaqət təbliğ olunur, eyni zamanda medianın Azərbaycanın milli maraqlarının qorunması istiqamətindəki mütəşəkkil mövqeyinə diqqət yetirilir. «Azərbaycanın İran İslam Respublikası ilə qarşılıqlı münasibətləri də ölkəmizin milli mənafe və maraqlarından qaynaqlanan vacib məsələdir. XX əsrin əvvəllərində Azərbaycan istiqlalına qovuşarkən müstəqilliyimizi ilk tanıyan ölkələrdən biri məhz İran olub. İran əsrin sonlarına doğru əldə etdiyimiz müstəqilliyi də ilk tanıyan dövlətlərdəndir. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iki ölkə arasındakı münasibətlər intensiv məcraya qədəm qoydu. Cənab İlham Əliyevin prezidentliyi dönəmində qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir. Düşünürük ki, mövcud prosesə media əməkdaşlığı müstəvisində də adekvat mövqe ortaya qoyulmalıdır. İndiyədək İrandan Azərbaycana, Azərbaycandan isə İrana 10-a yaxın jurnalist səfəri reallaşıb. Bu səfərləri intensivləşdirməyi, habelə iki ölkə jurnalistlərinin birgə konfranslarının təşkilini, sərhədyanı bölgələrdə görüşlərinin, müxtəlif idman yarışlarının - futbol matçlarının keçirilməsini nəzərdə tuturuq», - deyən sədr əlavə edib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir cənab Pakayinin dövründə özünün ən yüksək pilləsinə çatıb. Buna görə də MŞ cənab səfiri Şuranın fəxri diplomu ilə təltif etmək qərarına gəlib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib.

 

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.Pakayin çıxışında təşəkkürünü bildirərək Azərbaycanın KİV təmsilçiləri ilə görüşün vacibliyindən söz açıb. KİV-lərin qlobal miqyasdakı missiyasından danışan səfir bildirib ki, dünyada yumşaq güc kimi qəbul edilən media siyasi diplomatiya ilə yanaşı fəaliyyət göstərən ümumi diplomatiyanın ən güclü silahıdır. Bu gücün sülhün bərqərar olunması üçün istifadəsi son dərəcə önəmlidir. «Xöşbəxtlikdən İran və Azərbaycan arasındakı münasibətlər yüksək səviyydədir. Mən səfir olduğum dövrdə Azərbaycan mediası ilə əlaqələri genişləndirməyə səy göstərmişəm. Müəyyən qüvvələr olub ki, onlar media vasitəsi ilə İran və Azərbaycan arasında ixtilaf yaratmağa çalışıblar. Mən bildirmişəm ki, bizlər informasiyaları bir-birimizdən almalıyıq, birbaşa əlaqələr yaratmalıyıq. İndiyədək Azərbaycanın və İranın müxtəlif bölgələrinə jurnalist səfərləri həyata keçirilib. İran xalqında Azərbaycan haqqında müsbət fikirlər formalaşıb. Eləcə də Azərbaycan xalqında İran barədə. Bu gün Azərbaycan və İran regionda sülhün bərqərar olması naminə ortaq mövqedən çıxış edir. İran, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü isə dünyaya mesajdır», - deyən M.Pakayin vurğulayıb ki, əldə edilmiş bütün nailiyyətlərdə medianın xidməti son dərəcə əhəmiyyətlidir. O, eyni zamanda İranın Azərbaycana yeni təyin olunmuş səfiri ilə də götürülmüş kursun davam etdiriləcəyinə inamını ifadə edib. Dünyanın bir sıra yerlərində diplomatik missiya həyata keçirdiyini diqqətə çatdıran M.Pakayin müsbət məqam kimi xüsusi vurğulayıb ki, çalışdığı heç bir ölkədə səfirlərə Azərbaycandakı qədər media ilə yaxınlıq qurmağa imkan yaradıldığını görməyib.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu yumşaq güc kimi qəbul edilən medianın imperiyalar qurmasının və təəssüf ki, milli dövlətləri də sıradan çıxarmasının bariz tendensiyaya çevrildiyini deyib. Azərbaycan və İran mediasının bu meylə qarşı mübarizə ovqatına kökləndiyini qeyd edən deputat hər iki ölkə KİV-lərinin milli maraq və mənafeləri rəhbər tutaraq fəaliyyət göstərməsinin önəmindən söz açıb. O, Azərbaycan-İran əməkdaşlığı timsalında regional inkişafın yeni mərhələyə qədəm qoyduğunu bildirib və medianın da buna uyğun fəaliyyət göstərməsinin zəruriliyini əsaslandırıb.

«Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov çıxışında Azərbaycanı və İranı birləşdirən cəhətlərə diqqət yetirib və bildirib ki, hər iki ölkə Qərbin iri miqyaslı təzyiqlərinə qarşı çıxmaq təpəri ilə fərqlənir. O, İranın Dağlıq Qarabağ münaqişəsində öz sözünü qətiyyətlə deyərək bu baxımdan daha prinsipial mövqe tutacağına ümidvar olduğunu dilə gətirib.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu İrandakı Azərbaycan türkləri amilinə diqqət yetirərək deyib ki, dünyanın heç bir ölkəsində Azərbaycan türkləri İrandakı qədər say üstünlüyünə malik deyillər. Onlar ölkənin quruculuğunda yaxından iştirak edirlər və bu qürurvericidir. Buna görə də İran Azərbaycan üçün xüsusi dövlətdir. Belə xüsusiliyin media müstəvisindəki əməkdaşlıqda dərinləşməsinin zəruriliyindən danışan baş redaktor Mətbuat Şurasında keçirilən görüşü əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da İranın Azərbaycandakı səfiri kimi yüksək statuslu şəxsin Mətbuat Şurasında media təmsilçiləri ilə görüş keçirməsini media əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi xarakterizə edib. O, çıxışında həmçinin hər iki ölkə xalqlarını birləşdirən milli-mənəvi dəyərlərdən söz açıb, medianın ortaq mövqelərin təbliğindəki səfərbəredici missiyasını səciyyələndirən cəhətlərə toxunub.

MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, rəhbərlik etdiyi media qurumu müxtəlif illərdə İranda müxbir postunun yaradılmasına ciddi şəkildə çalışıb. Bu işin ərsəyə gəlməsində hazırkı səfir M.Pakayinin xüsusi rolunun olduğunu diqqətə çatdıran V.Mahirqızı belə münasibətin perspektiv əməkdaşlıq üçün geniş imkanlar yaratdığını dilə gətirib.

Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mənəvi məqamlardan söz açaraq media sahəsindəki əməkdaşlığın əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirməyə, ortaq problemlərə vahib prizmadan yanaşmağa mühüm töhfə olduğunu vurğulayıblar.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »