Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun növbəti iclası keçirilib

Müraciət edən KİV-lərin "qara siyahı"dan çıxma imkanları dəyərləndirilib

Bu gün Azərbaycan Mətbuat Şurası tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu»nun növbəti iclası keçirilib. Bu, adları Şuranın «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları üçün yaradılan qrupun 2010-cu ildə baş tutan sayca ikinci toplantısıdır. 

«Apellyasiya qrupu» ilk iclasından ötən bir ay müddətində adları «qara siyahı»da yer alan KİV-lərin MŞ-yə müraciətlərindən beşini araşdırıb. Növbəlilik əsasında «Fakt», «Həqiqət və reallıq», «Bizim lider», «Açıq fikir» və «Qərb xəbərləri» qəzetləri ilə bağlı məsələlərə baxılıb. Belə rəyə gəlinib ki, sözügedən mətbu vasitələrin rəhbərləri sabahdan başlayaraq Şuraya dəvət edilsinlər və onların MŞ-nin «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ına uyğun olaraq təqdim etdikləri sənədlər araşdırılsın. Bunun əsasında hazırlacaq müvafiq rəylər yekun qərarların qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunsun. 

Qeyd edək ki, Mətbuat Şurasının «apellyasiya qrupu» Şuranın İdarə Heyətinin 18 fevral 2010-cu il tarixli qərarı ilə yaradılıb. Qrupun rəhbəri MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Qrupun tərkibinə həmçinin MŞ-nin İdarə Heyətinin üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas daxildir.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »