Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Şamil Şahməmmədov - 75

Azərbaycan Mətbuat Şurası jurnalist Şamil Şahməmmədovun 75 illiyi ilə bağlı mərasim keçirəcək

 

 

Milli jurnalistikamızın görkəmli nümayəndəsi Şamil Şahməmmədovun 75 yaşı tumam olur. Bu münasibətlə Azərbaycan Mətbuat Şurası mərasim keçirəcək. Tədbir oktyabrın 1-i saat 12.00-da Şuranın ofisində baş tutacaq.

Toplantıda Ş.Şahməmmədovun ömür yolu, çağdaş mətbuat işçiləri üçün örnək olacaq yaradıcılığı ətrafında fikir mübadilələri aparılacaq, xatirələr səslənəcək.

Qeyd edək ki, Ş.Şahməmmədov fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəl radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti «Bakı»ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan «Kommunist» («Xalq qəzeti») qəzetində baş redaktor müavini, uzun müddət «AzərTAc» Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub.

Milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. «Şöhrət» ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi tarixə düşüb. O, həmçinin Prezident təqaüdçüsüdür.

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »