Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tanınmış fotojurnalist Yaşar Xəlilov evində ziyarət edilib

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ-nin Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış fotojurnalist Yaşar Xəlilovu mənzilində ziyarət ediblər, 83 yaşlı ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.

Ə.Amaşov Y.Xəlilova həmkarlarının salamlarını və xoş arzularını çatdırdıqdan sonra milli fotojurnalistikamızın inkişafına yarım əsrdən artıq xidmət göstərmiş “Şöhrət” ordenli Əməkdar jurnalistə rəhbərlik etdiyi qurumun Fəxri diplomunu və ahıl jurnalistlərin hədiyyəsini təqdim edib.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov həvəskar foroqrafçılıqdan milli fotojurnalistikamızın zirvələrinədək yüksəlmiş Yaşar Xəlilovun məhsuldar və şərəfli bioqrafiyasını yada salıb. O bildirib ki, 83 yaşlı sənətkar ölkənin populyar “Azərbaycan gəncləri”, “Bakı”-“Baku” və digər dövri nəşrlərində özünü peşəkar, cevik və məsuliyyətli fotojurnalist olaraq tanıtdıqan sonra ən yüksək fotoxronika bazası olan “Azərinform” (indiki AZƏRTAC) Dövlət İnformasiya Agenliyinə dəvət olunub. 45 il burada  ciddi yaradıcılıq yolu keçən Y.Xəlilov Ümummilli lider Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövrünün geniş, məzmunlu fototarixcəsinin yaradılmasında daim öndə gedib.

AJM-in sədr müavini Məzahir Süleymanzadə, İdman Jurnalistləri Assossiasiyasının prezidenti Eldar İsmayılov, fotojurnalistlər Rafiq Salmanov və Rasim Sadıxov ustad sənətkarın xarakterinin və peşəkalığının özəlliklərindən, bioqrafiyasının seçilən məqamlarından söz açaraq qeyd ediblər ki, Yaşar Xəlilov Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə formalaşıb inkişaf yolu keçmiş milli fotojurnalistikamızı ölkəmizdən kənarda da tanıdan nadir sənətkarlarımızdandır. O, dalbadal 5 Olimpiadanı işıqlandırmış yeganə Azərbaycan fotojurnalistidir.

Sonda Yaşar Xəlilov göstərdikləri həssaslığa, haqqında söylənən xoş sözlərə görə razılığını bildirib, iş prosesindəki bəzi maraqlı məşamları yada salıb, xatirələri bölüşüb. O, həmçinin müasir fotojurnalistikadakı meyllərdən də söz açıb.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »