Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası aksiyada monitorinq aparacaq

 Jurnalistlərdən hər hansı xoşagəlməz durumla üzləşdikdə MŞ-nin monitorinq qrupuna müraciət etsinlər.

Azərbaycan Mətbuat Şurası yanvarın 26-da (bu gün) Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan icazəsiz aksiyada monitorinq aparacaq. Jurnalistlərin prosesi necə işıqlandırmaları sahəsində vəziyyəti müşahidə edəcək. Kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətlərini yerinə yetirmələrinə yaradılmış şəraiti öyrənəcək.

 

Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz işlərini görmələrinə kömək məqsədi daşıyacaq monitorinqi MŞ-nin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparacaq. Qrupa rəhbərliyi Şuranın icraçı katibi Rəhim Hüseynzadə edəcək.

 

MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesi nəzarətdə saxlayacaqlar. Monitorinq zamanı diqqət yetiriləcək daha bir məqam aksiyanı işıqlandıracaq KİV təmsilçilərinin əyinlərində üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrin olmasıdır. Şura jurnalistlərin ekstremal situasiyalarda digər şəxslərdən fərqlənmələrini onların peşə vəzifələrinin səmərəli icrası baxımından vacib şərt sayır və jurnalistlərə xüsusi geyimlərdə olmağı tövsiyə edir.

 

Mətbuat Şurası aksiyada peşə vəzifəsini yerinə yetirən bütün jurnalistlərdən xahiş edir ki, hər hansı xoşagəlməz durumla üzləşdikdə MŞ-nin monitorinq qrupuna müraciət etsinlər.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »