Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
TMB-nin yeni icraçı direktoru Azərbaycan Mətbuat Şurasında olub

Bülənt Uğurla görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Türkiyənin TMB (Turkish Music Box) telekanalının yeni təyin olunmuş icraçı direktoru, Türkiyənin Azərbaycandakı Səfirliyinin sabiq mətbuat müşaviri Bülənt Uğurla görüş keçirilib.

MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq B.Uğurun Türkiyənin Azərbaycandakı Səfirliyində məsul vəzifə tutduğu vaxtları xatırladıb. Bildirib ki, o, ölkəmizdəki beş illik fəaliyyəti dönəmində diplomatik missiyanın respublikamızın media orqanları ilə əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynayıb. Şura sədri habelə B.Uğurun yeni məsul vəzifədəki fəaliyyətində də Azərbaycan amilinin xüsusi nəzərə alınacağına əminliyini vurğulayıb. «Çünki Türkiyə ilə birgə Azərbaycan da ortaq türk mədəniyyətinin formalaşması prosesinə əməli dəstək vermiş ölkələrdəndir. Azərbaycan eyni zamanda mühüm informasiya mənbəyidir. Ölkəmizdə mədəniyyət və incəsənətlə bağlı çoxsaylı mühüm proseslər reallaşdırılır. Paytaxtda, eləcə də bölgələrdə dünyanın əksər yerlərindən olan tanınmış musiqi xadimlərinin nəhəng konsert proqramları baş tutur. Düşünürəm ki, bütün bunların təbliği ümumən türk dəyərlərinin təbliği baxımından son dərəcə böyük əhəmiyyətə malikdir», - deyə o vurğulayıb.

B.Uğur fikrinə Azərbaycanla əməkdaşlığın rəhbərlik etdiyi telekanal üçün vacibliyini vurğulamaqla başlayıb. O deyib ki, 4 dekabr 2012-ci il tarixdən TMB-də respublikamızın xalq artisti Brilliant Dadaşovanın aparıcılığı ilə «Brilliant ilə pırlantalı gecələr» adlı veriliş yayımlanacaq. Musiqili-əyləncəli səciyyə daşıyacaq həmin verilişin qonağı qismində ölkəmizdən olan sənət adamları da iştirak edəcəklər.

B.Uğur həmçinin yeni struktur islahatlarına başlamış TMB-nin Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirəcəyini, mövcud istiqamətdə layihələr reallaşdıracağını vurğulayıb. Onun sözlərinə görə, telekanal ortaq türk musiqisini türk toplumlarının yaşadıqları arealda yaymaqla insanların bir-birilərini daha yaxından tanımalarına şərait yaradacaqdır. Struktur fəaliyyətin əhəmiyyətli qismi bu vəzifənin icrasına yönələcək. B.Uğur TMB-nin gələcək planları içərisində türk xalqları arasında müxtəlif müsabiqələrin, o cümlədən Türkvision musiqi yarışmasının təşkilinin də yer aldığını diqqətə çatdırıb.

Qeyd edək ki, 1996-2005-ci illərdə Türkiyənin Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri vəzifəsini tutmuş B.Uğur 2005-2010-cu illərdə Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri kimi fəaliyyət göstərib.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »