Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyənin tanınmış media nümayəndələri Prezident Administrasiyasında və Milli Məclisdə görüşlər keçiriblər

-

Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zəradabinin məzarını ziyarət ediblər. Qonaqlar həmçinin Şəhidlər Xiyabanına və Türk Şəhidliyi abidəsinə də baş çəkiblər. Daha sonra türkiyəli media nümayəndələri Azərbaycan Respublikası Prezidenti Administarsiyasında və Azərbaycan Respublikasının Milli Məclisində görüşlər keçiriblər.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə dövlət səviyyəsində aparılan media siyasətinin tərkib hissələrindən söz açıb. O, Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqlik xəttinin mühüm həlqələrindən birinin də media əməkdaşlığına söykəndiyini vurğulayıb. Ə.Həsənov hər iki ölkə mediasının türk dünyasının ortaq problemlərinin dünya birliyinə çatdırılmasındakı fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyacın duyulduğunu vurğulayıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında məlumat verən Ə.Həsənov qeyd edib ki, ölkəmiz rəsmi Ankaranın bu məsələ ilə əlaqədar mövqeyini yüksək qiymətləndirir. O əlavə edib ki,  Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanması prosesində ilk növbədə sülh variantına üstünlük verir. Dövlət başçısının torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə olunacağı ilə bağlı prinsipial mövqeyini diqqətə çatdıran Ə.Həsənov həmçinin qonaqların müxtəlif mövzulardakı suallarını da cavablandırıb.

 

Türkiyəli jurnalistləri Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan parlamentin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycan və Türkiyənin münasibətləri təkcə iki ölkə arasındakı əməkdaşlığa deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir. B.Muradova münasibətlərin stratejiliyinə toxunaraq mövcud istiqamətdə media orqanlarının missiyasının müstəsna əhəmiyyətini vurğulayıb.

 

Türkiyə Qəzetcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O, xüsusən də TQC-nin türk dünyasının media qurumlarının qarşılıqlı əməkdaşlıq konturlarını formalaşdırmağa yönələn işlərindən bəhs edib. Mövcud xüsusda Əskişəhərdə 350 nümayəndənin iştirakı ilə baş tutmuş I Türk Dünyası Qəzetçilər Şurasının konfransı üzərində dayanıb.

 

Bundan sonra türkiyəli qonaqlar I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi idman qurğuları ilə tanış olublar. Onlara komplekslərin texniki xüsusiyyətləri ilə bağlı məlumat verilib. Həmçinin mötəbər idman hadisəsi ilə bağlı görülmüş işlərdən söz açılıb.

 

Qeyd edək ki,  qardaş ölkənin «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNN türk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edir. Onların ölkəmizə səfərindən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

 

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqların aprelin 4-ü və 5-də Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, Atatürk Mərkəzində, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşləri keçirəcək.

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »