Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

MŞ-nin “qara siyahı”sına daha 7 nəşrin adı daxil edildi

Bu gün Azərbycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov İH üzvlərini müzakirəsi tövsiyə olunan məsələlərlə tanış edib. Gündəlik yekdilliklə təsdiqlənib.

Ötən bir ay ərzində həyata keçirilmiş işlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, Şura Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində “Media və ana dilindən istifadə xüsusiyyətləri” mövzusunda “dəyrimi masa” keçirib. MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının Belçikanın Antverpen şəhərində baş tutmuş illik toplantısına qatılıb. Bununla yanaşı, Şura ATƏT-lə birgə jurnalist-hakimiyyət əlaqələri ilə bağlı təşəbbüs də irəli sürüb. Həmin təşəbbüsə uyğun olaraq jurnalist-polis və jurnalist-mətbuat xidməti əlaqələrinə dair iki seminar məşğələ keçiriləcək. Şura sədri həmçinin rəhbərlik etdiyi qurumun prosedur fəaliyyət istiqamətlərinin müxtəlif tərəflərindən də söhbət açıb.

İclasda öncə MŞ sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara müvafiq olaraq əvvəlcə həmin KİV-lərin baş redaktorları dinlənilib, onlara mətbu qurum və nəşrlərin fəaliyyət istiqamətləri barədə suallar verilib. Müzakirələrdən sonra Azər Həsrətin sədri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN), Astara (baş redaktor Azər Abdullayev), Qobustan (baş redaktor Lalə Maxsudova) rayonlarının eyni adlı qəzetlərinin, “Türk ağsaqqalları dünyası” qəzetinin (baş redaktor Ramin Əhmədov) və “İrfan” jurnalının (redaktoru Nurlan Məmmədzadə) Azərbaycan Mətbuat Şurası üzvlüyü qəbulu barədə qərarlar çıxarılıb.

Sonra Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəylərinin əsasında MŞ-nin qərarları qəbul olunub. Məlumat verilib ki, hər iki komissiyadan araşdırılan müraciətlər əsasında təqdim olunan rəylərin ümumi sayı 14-dür. Bunlardan 5-i Şikayətlər üzrə Komissiya, 9-u isə digər komissiya tərəfindən İH-yə təqdim edilib.

İdarə Heyəti üzvləri sənədləri və rəyləri araşdıraraq 6 qəzetin adının “qara siyahı”ya salınmasına tam əsasların olduğu razılığına gəliblər. Bunlar “Ədalət tribunası”, “Təzə xəbər”, “Seans”, “Əsrin kirpiləri”, Həqiqətin güzgüsü” və “Azərbaycan ideyası” qəzetləridir. “Obyektiv fikir” qəzetinin də adı MŞ-nin sonuncu xəbərdarlığı edilməklə “qara siyahı”ya salınıb. 

“Korrupsiya və qanun” qəzeti ilə bağlı məsələnin müzakirəsi mətbu nəşrə MŞ-nin xəbərdarlığının edilməsi ilə yekunlaşıb. İdarə Heyəti “Yeni istiqlal” qəzetinin fəaliyyətində hüquqi müstəvidə araşdırılmalı olan məqamların üstünlük təşkil etdiyini əsas götürərək mətbu nəşrlə əlaqədar sənədlərin araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsini məqsədə müvafiq sayıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »