Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əflatun Amaşov Misirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub

-

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Misir Ərəb Respublikasının ölkəmizdəki Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.

Mərkəzin rəhbəri Əhməd Sami Elay Azərbaycan və Misir arasındakı münasibətlərin çoxşaxəli olduğunu vurğulayıb. Mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu ifadə edən Əhməd Sami Elay onu da bildirib ki, hər iki ölkə mediasının qarşılıqlı əlaqələrinin inkişafı xalqların bir-birinə daha da yaxınlaşmasında müstəsna rol oynaya bilər.

Ə.Amaşov Misirin dünya sivilizasiyasınının və tarixinin çox ayrılmaz parçası olduğunu vurğulayaraq ölkənin İslam dünyasındakı mövqeyinə toxunub. O bildirib ki, Azərbaycan MƏR-lə xüsusən mədəniyyət sahəsindəki əməkdaşlığa Azərbaycan həqiqətlərinin təbliği nöqteyi-nəzərdən də önəm verir. Mövcud xüsusda medianın rolunu qabardan MŞ sədri Azərbaycan jurnalistlərinin Misirə səfərlərinin təşkil olunduğunu vurğulayıb, əsası qoyulmuş bu ənənənin davamının zəruriliyini əsaslandırıb. O, həmçinin Misirin aparıcı media nümayəndələrinin Azərbaycana səfərlərinin də arzulandığını deyib.

 


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »