Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“VESTI.AZ” XƏBƏR PORTALININ BAŞ DIREKTORU CƏNAB ARAZ ZEYNALOVA

50 yaşıınızın tamamında bu mənada yaşanılan illərinizin iftixarla yada salınması üçün kifayət qədər misalların mövcudluğu sevinc doğurur

Hörmətli Araz müəllim,

 

Jurnalistika söz sənətinin spesifik xüsusiyyətlərə malik bir qoludur. Bəlkə də digərlərinə nisbətdə daha çox zəhmət, axtarış tələb etdiyinə və digər məziyyətlərinə görədir ki, çoxları bu sahədə uzun illər duruş gətirə bilmir. 50-ni aşıranlar üçün isə o sonadək sadiq yol yoldaşı, sirdaş, həmsöhbət olur. Bunu Sizin də mənsub olduğunuz, bütün müsbət keyfiyyətlərini əxz etdiyiniz, Azərbaycan ictimaiyyətinin jurnalistlər sülaləsi kimi yaxından tanıyıb dəyərləndirdiyi ailənin timsalında əyani görmək mümkündür. Heç şübhəsiz Hidayət Zeynalov və Məryəm Həsənzadə kimi görkəmli jurnalistlərin ailəsində boya-başa çatmaq peşə seçiminizə təsirsiz ötüşməyib. Lakin diqqətə layiq cəhət varislik ənənəsinə ləyaqətinizin öz zəhmətiniz, öz imzanızla qazanılmasındadır. 50 yaşıınızın tamamında bu mənada yaşanılan illərinizin iftixarla yada salınması üçün kifayət qədər misalların mövcudluğu sevinc doğurur.

 

Hörmətli Araz müəllim,

 

Sizi jurnalistika ilə bağlayan müddət 30 ilə yaxındır. Mənsub olduğunuz ailəyə və ilk yazılarınıza nəzər salanda adama elə gəlir ki, bunun təməlinin daha əvvəllərdən hesablanması məntiqidir. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra 1983- 1996-cı illərdə dərc olunan oxunaqlı yazılarınızın “Azərbaycan gəncləri” qəzetinin səhifələrində əbədi izi qalıb. Baş redaktor kimi təcrübəniz 1996- 2000-ci illərdə iki dildə nəşr edilən “Panorama” qəzetinin də populyarlaşmasında mühüm rol oynayıb. 2009-cu ilin mart ayından eyni vəzifəni daşıdığınız “Vesti.az” xəbər portalı da belə yüksək imicə malikdir. Portal rus dilində fəaliyyət göstərsə də jurnalist ictimaiyyətinin səciyyələndirdiyi kimi azərbaycanlı düşüncəsi ilə işləyir. Çünki Sizin təbirinizcə desək, “jurnalistikanın dili yoxdur, dərki, düşüncəsi, mühakimələri var”.

 Hörmətli Araz müəllim,

Azərbaycan Mətbuat Şurası Sizə 50 illik yubileyiniz münasibətilə bütün ölkə jurnalistlərinin təbriklərini yetirir, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları diləyir.

 

Hörmətlə,

 

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »