Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İclasda 4 mətbu nəşrə başlı müraciət araşdırılıb

Bü gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb.

«Azadlıq» qəzetinə tövsiyyə

Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun «Azadlıq» qəzeti ilə bağlı şikayətlərini müzakirə edib. Qəzetin baş direktoru Azər Əhmədov nəşrin 17 və 27 avqust 2010-cu il tarixli saylarında gedən «Poçt şöbəsində 5 min manat qiyamı» və «İmişlidə prezident fərmanı işləmir» sərlövhəli yazılarla bağlı qarşı tərəfin mövqelərini əks etdirən materialların dərc olunduğu barədə məlumat verib. Qarşı tərəf bunu razılıqla qarşıladığından komissiya məsələləri həll olunmuş sayıb. Şikayətlər üzrə Komissiya bununla yanaşı qəzetə belə materialların təqdimatında balans prinsipinin tələblərinin gözlənilməsini, yazılarda qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsini tövsiyyə edib. 

«Rəsmi Azərbaycan» qəzeti ilə bağlı məsələni «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası araşdıracaq

Sonra komissiya Bakı Şəhər Baş Polis İdarəsinin «Rəsmi Azərbaycan» qəzetinin əməkdaşı Rövşən Əliyevin peşə etikası ilə bir araya sığmayan hərəkətləri barədə təqdimatına baxdı. R.Əliyev məsələnin hüquqi müstəvidən çıxarılaraq MŞ-nin müzakirəsinə verildiyi üçün Mətbuat Şurasına minnətdarlığını bildirdi. O, komissiya üzvlərinin suallarını cavablandırarkən orta təhsilli olmasını, maddi təmənna müqabilində baş redaktor Ruslan Cabbarovdan qəzetin vəsiqəsini almasını və dərc etdiyi hər yazının müqabilində mətbu nəşr rəhbərinə pul ödədiyini bildirdi. Komissiya yekdiliklə rəyə gəldi ki, bu kimi hallar peşə fəaliyyəti ilə bir araya sığmadığından «Rəsmi Azərbaycan» qəzeti ilə bağlı məsələnin Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılması vacibdir. 

«Bizim dövr»ün mətbu prinsiplərə zidd yolu

Komissiyada «Bizim dövr» qəzeti ilə bağlı 3 şikayətə baxılıb. Belə rəyə gəlinib ki: 1. «Bizim dövr» qəzetinin Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanseri, Şəki Şəhər Qarışıq Tipli Uşaq Müəssisəsi, Mil Qarabağ və Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi ilə bağlı və digər şikayət doğuran yazılarında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə dəfələrlə sayğısızlıq göstərilib. 2. Nəşrin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər hallar da üstünlük təşkil etdiyindən Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həmin mətbu orqanla əlaqədar müvafiq araşdırma aparmaq tövsiyyə olunsun. 3. «Bizim dövr» qəzeti ilə bağlı MŞ-yə daxil olan şikayətlərdə hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu halların üstünlük təşkil etdiyi nəzərə alınaraq həmin materiallar müvafiq orqanlara göndərilsin. 

«Məhkəmə və qanun» qəzeti ilə bağlı materialların da hüquq-mühafizə orqanlarına göndərilməsi məqsədəuyğun sayıldı

Komissiya Bakı şəhər sakinləri Zoya Hüseynovanın, Çimnaz Hüseynovanın və başqalarının «Məhkəmə və qanun» qəzeti ilə bağlı müraciətlərinə baxarkən aydınlaşdırıb ki, bu məsələlərin də motivində hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu cəhətlər var. Komissiya bütün bunları nəzərə alaraq toplanmış materialların aidiyyatı üzrə göndərilməsi barədə rəy çıxarıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »