Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
2010-cu ildə neçə KİV uçota alınıb?

Mətbuat Şurası yanvar-may ayları üzrə göstəriciləri təqdim edir

2010-cu ilin yanvarın 1-dən may ayının 19-dək ümumilikdə 89 kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində uçota alınıb. Bu, ötən ilin müvafiq dövri ilə müqayisədə təxminən 2 dəfə yaxın azdır (2009-154, 2010-89). Aylar üzrə yanvarda 12, fevralda 17, martda 22, apreldə 28, mayda isə 10 KİV qeydiyyatdan keçib. 

KİV-lərdən 50-i qəzet, 39-u jurnaldır. 65-nin təsisçisi ayrı-ayrı vətəndaşlar, 24-nün isə hüquqi şəxslərdir. 39 KİV-də təsisçi və baş redaktor eyni şəxsdir. 7 halda eyni şəxs iki KİV təsis edib. KİV-lərdən 69-nun hüquqi ünvanı paytaxtdadır. Bu göstərici üzrə Sumqayıtda 11, Şəkidə 2, Göygöl, Salyan, Abşeron, İsmayıllı, Gədəbəy, Tərtər rayonlarında və Gəncə şəhərində 1 yeni KİV yerləşir. 

Qəzetlərdən 36-ı həftəlik, 7-i aylıq nəşr kimi uçota alınıb. Dövriliyi ayda iki dəfə olanların sayı 4, həftədə 2 dəfə olanların sayı 1-dir. Ötən 6 ayda ölkənin media məkanına daha 2 gündəlik qəzet də daxil olub. 

39 jurnaldan 22-nin rəsmi dövriyyə göstəricisi aylıqdır. Ayda iki dəfə çıxan 1 jurnal var. Dövriyyəsi ildə 4 dəfə olan jurnalların sayı 10-dur. Jurnallardan 1-inin ildə altı, 3-nün iki dəfə çıxması nəzərdə tutulub. Həftəlik jurnalların sayı 2-dir.

Yeni uçota alınan KİV-lərdən təxminən 40 faizi ictimai-siyasi yönümlüdür. Jurnalların tam əksəriyyəti üçün xarakterik xüsusiyyət iqtisadi və sosial məsələləri prioritet seçmələridir. Bu tip KİV-lərin faiz göstəricisi 30-a yaxındır. KİV-lərin 20 faizi üçün xarakterik xüsusiyyət onların təhsil sahəsi ilə bağlı olmalarıdır. Dini-mənəvi nəşr kimi uçota alınanlar təqribən 10 faizdir.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »