Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əliyev Möhbəddin Səməd oğlu -Nekroloq

-

Azərbaycan mətbuatına ağır itki üz vermişdir. Tanınmış jurnalist Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) uzun sürən ağır xəstəlikdən sonra 2017-ci il iyunun 21-də vəfat etmişdir. Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda fəhlə kimi başlamış, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri, Cənubi Azərbaycan Radio Verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifələrində çalışmışdır.

 

Möhbəddin Səmədin "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Məqalə, esse və portret oçerkləri dövri mətbuatda müntəzəm çap edilmişdir. Toğrul Nərimanbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Fikrət Əmirov barədə elmi-kütləvi oçerkləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburqda dərc olunmuşdur. "Uzaq və yaxın Lütfi Zadə", "Alim", "Körpülü", "Ömür", "Musiqişünas", "Luvr", "Toğrul" çoxseriyalı sənədli filmləri Möhbəddin Səmədin yazdığı ssenarilər əsasında çəkilmişdir. "Dünya dahilərsiz yaşaya bilmir" kitabı (2000) Azərbaycan, türk və rus dillərində nəşr edilmişdir. Yaradıcılıq uğurlarına görə Möhbəddin Səməd Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunmuş, "Qızıl qələm", "N.B.Zərdabi" mükafatlarına layiq görülmüşdür. Azərbaycan Mətbuat Şurası Möhbəddin Səmədin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Tanınmış jurnalistin xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »