Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Lerik” qəzetinin 75 illik yubileyi qeyd olunub

Tədbirdə öncə “Lerik” qəzetinin 75 illlik ömür yolu barədə

Bu gün “Lerik” qəzetinin 75 illik yubileyi bağlı mərasim keçirilib. Lerik Rayon Mədəniyyət Evində baş tutmuş tədbirə yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının təmsilçiləri, cənub bölgəsində çıxan qəzetlərin baş redaktorları, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir edən kütləvi informasiya vasitələrinin zona müxbirləri qatılıblar. İştirakçılar öncə milli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar rayon mərkəzində gedən abadlıq işləri ilə tanış olublar.

Tədbirdə öncə “Lerik” qəzetinin 75 illlik ömür yolu barədə mətbu nəşrin baş redaktoru İdris Şükürlünün məruzəsi dinlənilib. Baş redaktor ilk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzetin sonradan “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətindən ətraflı söz açıb. Bu müddətdə nəşrin rayon həyatının işıqlandırılmasındakı rolunu səciyyələndirən məruzəçi orada daim istedadlı yazarların cəmləşdiyini vurğulayıb. Qəzetin dəfələrlə müxtəlif mükafatlara layiq görüldüyü deyən İ.Şükürlü nəşrin Azərbaycan Mətbuat Şurasının üzvü olduğunu deyib, müasir dövrdə üzərinə düşən vəzifələrinin icrasından danışıb.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yubilyar nəşrin kollektivini və bütün lerikliləri təbrik edərək ölkəmizdə KİV-lərin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, dövlət qayğısının bölgə mətbuatına şamil olunması çox mühüm və əhəmiyyətli haldır. Çünki bu KİV-lər paytaxt qəzetlərinin heç də dolğun görə bilmədiyi bir missiyanı yerinə yetirirlər. Mənsub olduqları bölgənin həyatını işıqlandırmaqla bir növ, onun salnaməsini yaradırlar.

V.Rəhimzadə qəzet kollektivinə Azərbaycan Mətbuat Şurasının təbrik məktubunu təqdim edib. İH üzvü həmçinin bildirib ki, “Lerik” qəzeti rayonun ictimai-siyasi və mədəni həyatının işıqlandırılmasındakı xidmətlərinə və 75 illik yublileyinə görə Şuranın xüsusi diplomu ilə təltif olunub. O, təbrik plaketini nəşrin baş redaktoru İ.Şükürlüyə təqdim edib.

MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə jurnalistlik fəaliyyətinə bölgə mətbuatından başladığını deyərək bildirib ki, “Lerik” qəzetində jurnalistikamızın dəyərli ənənələri daim hökm sürüb. Həmin yola qəzetin indiki yaradıcı kollektivi də sadiqdir. Məhz buna görə də MŞ nəşrin bir qrupu əməkdaşını da diplomlara layiq görüb. R.Hüseynzadə diplomları sahiblərinə təqdim edib.

“Lerik” qəzetinin 75 illiyi ilə bağlı çoxsaylı təbriklərin səsləndiyi mərasimdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov bildirib ki, “Lerik” onun həyat yolunun müəyyənləşməsində mühüm rol oynayıb.
Rayon Ziyalılar Cəmiyyətinin sədri Etibar Həşimov qəzetin on illər boyu bölgə sakinlərinin maarifləndirilməsindəki missiyasının təhlilini verib. Şair, publisist və jurnalist Ağacəfər Həsənli bildirib ki, paytaxtın bir sıra qəzetlərində müxtəlif vəzifələr daşısa da, poetik və publisistik yaradıcılıq nümunələrimdən ibarət kitabları nəşr olunsa da, yaradıcılığa bağlılığına görə “Lerik”ə borcludur.

Tədbirdə “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, jurnalistlərdən Şəmsiyyə Kərimova, Qəhrəman Əliyev və başqaları yubiley sevinclərini bölüşüblər.

Mərasimə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yekun vurub. “75 il xoş günümüzdür, xoş ovqat bəxş edən bir hadisədir”, – deyən icra başçısı rayondakı geniş abadlıq və quruculuq işlərinin vüsət almasında qəzet işçilərinin də şərəfli zəhmətinə toxunub. Qeyd edib ki, rayon rəhbərliyi də öz mətbu orqanlarının uzunömürlülüyünün təminatı, tirajının və dövriliyinin artırılması üçün bütün səy və imkanlarını əsirgəmir. Belə diqqət mətbuata dövlət qayğısı siyasətinin bölgə rəhbərliyinin üzərinə düşən vəzifələrindən qaynaqlanır.

RİH başçısı rayon icra hakimiyyətinin diplomlarını, qiymətli hədiyyələrini qəzetin kollektivinə təqdim edib.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »