Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Rafiq Tağı dünyasını dəyişdi

Allah rəhmət eləsin!

Bu il noyabrın 23-də günorta radələrində tanınmış yazıçı, jurnalist Rafiq Tağı dünyasını dəyişib. Dörd gün idi ki, onun həyatı uğrunda mübarizə gedirdi. Lakin amansız ölüm səhiyyə mütəxəssislərinin bütün səylərindən üstün oldu. İstedadlı qələm sahibi yaradıcılığının çiçəkləndiyi vaxtda - 61 yaşında əbədiyyətə qovuşdu.

O, 5 avqust 1950-ci ildə Masallı rayonunun Xoççobanlı kəndində dünyaya göz açmışdır Bəlkə Vətəni iki hissəyə bölən tikanlı sərhəd tellərinin müntəzəm müşahidəsi idi ki, gələcək yaradıcılığında Azərbaycançılıq, bütövləşmə aparıcı mövzularını təşkil edirdi.

R.Tağı həkim olmaq niyyəti ilə 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdi. İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında ixtisasını təkmilləşdirmişdi. Topladığı təcrübə və biliklər sayəsində Sabirabad rayonunun Yolçubəyli kənd ambulatoriyasının, Masallıdakı Həsənli kənd xəstəxanasının baş həkimi kimi neçələrinin şəfa tapmasına yardımçı olmuşdu. Ömrünün 11 ilini Rusiya Federasiyasının Moskva şəhəri və Kalinin vilayətindəki səhiyyə müəssisələrində həkim kimi insanların sağlamlığına həsr edən R.Tağı 1990-cı ilədən həyatının sonuna kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, paralel olaraq Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışmışdır.

Onun adı ictimaiyyətə yazıçı, jurnalist və publisist kimi daha yaxından tanış idi. Bədii əsərləri Masallının “Çağırış” qəzetində, “Ulduz” jurnalında və çoxsaylı kütləvi informasiya vasitələrində dərc olunmuşdu. Yaradıcılığına özünəməxsus orijinal yol və üslub xas idi. Yazıları bir qayda polemika doğururdu.

Azərbaycan Mətbuat Şurası Rafiq Tağının vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə və bütün doğmalarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »