Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib

 Türkiyə Cumhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakayanı Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. Nümayəndə heyətinin tərkibinə Türkiyə Cumhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakaya, qurumun təmsilçiləri Bahəddin Akyön, Abdullah Uzun, İsmail Kozan, həmçinin TRT-nin təmsilçiləri, Türkiyənin nüfuzlu ali məktəblərinin jurnalistika fakültələrinin mütəxəssisləri daxildir.

Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan ictimai fikri həmişə ümumtürk ictimai fikrindən qidalanıb. «Əli bəy Hüseyenzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi müştərək dühalarımız var» - deyə o bildirib.

Ə.Amaşov gənc müstəqil dövlət olan Azərbaycanın Türkiyə ilə münasibətlərində media faktorunu önə çəkib. Onun sözlərinə görə, hər iki ölkənin mediası müasir dövrdə bir sıra tarixi sınaqlardan üzüağ çıxmağı bacarıb. Müxtəlif siyasi proseslərə, o cümlədən Türkiyə və Azərbaycan arasındakı əlaqələrə maneə olan qüvvələrə qarşı ortaq mövqe nümayişini bacarıb.

Türkiyə mediasının Qərb mediasının mühüm tərkib hissəsi olduğunu deyən Şura sədri onun təcrübəsinin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu önə çəkib: «Azərbaycan Mətbuat Şurası Türkiyə təcrübəsinin öyrənilməsinə böyük önəm verir. Müxtəlif illərdə Şuranın təşəbbüsü və Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə hər iki ölkənin media təmsilçilərinin iştirak etdikləri konfranslar və seminarlar keçirilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərləri təşkil olunub», - deyən Ə.Amaşov bütün bunları qarşılıqlı əməkdaşlığın gücləndirilməsində vacib amillər kimi sadalayıb.

MŞ sədri hər iki ölkənin media sahəsindəki əlaqələrinin dərinləşməsində, səmərəli əməkdaşlığın qorunmasındakı xidmətlərinə görə Türkiyə Cumhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakayanı Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib. Mətbuat Şurasına təşəkkürünü bildirən cənab Karakaya Azərbaycana hər bir səfərin böyük əhəmiyyət daşıdığını bildirib. O deyib ki, müxtəlif sahələrdə birgə uğurlu nəticələr əldə edən ölkələrin media sahəsində də əməkdaşlığının sistemli xarakter alması zəruridir. Qarşılıqlı əlaqələrin mövcud durumuna toxunan M.Karakaya təmsil olunduğu qurumun təcrübəsinin Azərbaycan mediasında daha yaxından tətbiqi üçün zəruri tədbirlərə dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikr mübadilələri aparılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »