Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tanınmış fotojurnalist Rafiq Salmanov evində ziyarət edilib

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri - Yusif Kərimov, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rasim Sadıqov Əməkdar mədəniyyət işçisi, fotojurnalistikamızın tanınmış nümayəndəsi Rafiq Salmanovu evində ziyarət edib, ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar. 

Ə.Amaşov mətbuatımızın inkişafında xidmətlərinə görə Rafiq Salmanova Mətbuat Şurasının diplomunu təqdim etdi. Fotojurnalistə Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi verildi, maddi yardım göstərildi. Çay süfrəsi ətrafında söhbətdə qonaqlar R.Salmanovun "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işlədiyi illəri xatırladılar. Qeyd olundu ki, veteran fotojurnalist 20 ildən çoxdur ki, "Xalq qəzeti" redaksiyasında çalışır, dörd kitab müəllifidir, 

R.Salmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına təşəkkürünü bildirdi.


Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin nümayəndələri mətbuatımızın qızıl fondu olan veteran qələm sahiblərinə daim qayğı göstərir, onlarla ünsiyyət yaradırlar. Məclis yubileylərdə, bayramlarda, kitab təqdimatlarında veteran jurnalistləri bir yerə toplaşır, onların mətbuat mühitindən kənarda qalmamasına çalışır. Məclisin təmsilçiləri həmçinin veteran qələm sahiblərini onların mənzillərində də ziyarət edirlər. 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »