Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib

Avropa Mətbuat Şuraları Alyansının 10 illik fəaliyyətinə həsr olunmuş müzakirələrdə

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Belçikanın Antverpen şəhərində keçirilən Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib.

Oktyabrın 17-19-u tarixlərində baş tutacaq toplantının ikinci günü Alyansa üzv ölkələrin Mətbuat Şuraları rəhbərlərinin hesabat məruzələri dinlənilib. Ə.Amaşov əsasən rəhbərlik etdiyi qurumun şikayətləri araşdırma mexanizmləri, mövcud istiqamətdəki statistika barədə məlumat verib. Dünyada yeni medianın təşəkkül tapması ilə əlaqədar bu tip vasitələrindən olan şikayətlərdə rastlaşılan spesifik motivlərə toxunub.

Avropa Mətbuat Şuraları Alyansının 10 illik fəaliyyətinə həsr olunmuş müzakirələrdə MŞ-lərin dünyada dəyişməkdə olan media reallıqlarına adekvat fəaliyyət göstərməsinin zəruriliyi önə çəkilib.

«Mediada etik normalar, peşə fəaliyyəti ilə bağlı əxlaqi dəyərlər», «Media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasının tərkib hissəsi kimi» və sair mövzularda davam edən diskussiyalarda iştirakçıların müasir jurnalistikanın yaradıcılıq xüsusiyyətlərinə dair gətirdikləri konkret misallar ətrafında fikir mübadiləsi aparılıb.

Toplantının sabaha nəzərdə tutulmuş proqramında tədbirin yekun sənədinin müzakirəsi və qəbulu, həmçinin Alyansının növbəti toplantı məkanının dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Ə.Amaşovla yanaşı qurumdan olmayan kənar dəyərləndirici ekspert qismində Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »