Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası iclasını keçirib

 20 kütləvi informasiya vasitəsi barədə məsələnin müzakirəsi nəzərdə tutulub

Bu gün MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası iclasını keçirib. Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyinə tövsiyə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, ümumilikdə 20 kütləvi informasiya vasitəsi barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan 4-ü Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.

Komissiya üzvləri araşdırmalardan sonra 2 KİV-in adının MŞ-nin “qara siyahı”sına salınmasına dair rəy çıxarıblar. Bunlar “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetləridir. “IV hakimiyyətin səsi” qəzetinə isə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması məqsədə müvafiq sayılıb. “Azpolitika” gündəlik ictimai-siyasi online qəzeti (azpolitika.info)  barədə çıxarılan rəydə bu xəbər portalından şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələblərinin pozulduğu göstərilib. Bütün bunları sayt rəhbərlyinin nəzərinə çatdıran komissiya ona gələcək fəaliyyətində bu kimi halların təkrarlanmamasını tövsiyə edib.

İclasda digər məsələlər ətrafında da müzakirələr aparılıb, görüləcək tədbirlər müəyyənləşdirilib.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »