Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiya 2016-cı ildə son iclasını keçirib

-

Dörd saytla bağlı məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılacaq 

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərli dekabrın 28-də düzənlənən həmin tədbirdə öncə müzakirəsi tövsiyə olunan müraciətlər barədə məlumat verib. İclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

Komissiya üzvləri əvvəlcə Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova barədə şər və böhtan dolu «ayantv.com» saytında yazının yayımlanması ilə bağlı müraciəti müzakirə ediblər. Məlumat verilib ki, saytda baş redaktorun Anar Ayvazlı olduğu göstərilsə də o, telefon əlaqəsi zamanı bundan və nömrəsinin niyə orada göstərildiyindən xəbərsiz olduğunu deyib.

Cavabdeh tərəfin iştirakı olmadan keçirilən iclasda müəyyənləşdirilib ki, qadının, ananın və ziyalının əxlaqa sığmayan tərzdə təhqirinin kökündə jurnalist peşəsi ilə bir araya sığmayan maraqlar dayanır. «Ayantv.com»un yayımladığı materialların əksəriyyətində peşə etikasının tələbləri gözlənilmir. Buna görə də məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılması məntiqi sayılıb.

İclasda «brifinq.az» saytı barədə də eyni ölçü götürülüb. Bildirilib ki, şikayət doğuran yazının 10 sentyabr 2016-cı ildə orada «ayantv.com»a istinadla, bir gün sonra istinadsız verilməsi həmin elektron media vasitəsinin də maraqlı tərəf olduğuna diqqəti çəkməkdədir. O da vurğulanıb ki, təsisçi Bahadur Eyyub oğlu Seyidov «brifinq.az»ı belə əməllər üçün cavabdehlikdən yayındırmaq məqsədi ilə saytda qəsdən rekvizitləri yerləşdirməyib. Bu isə «Kütləvi informasiya vasitələri haqqında» Qanunun tələblərinin pozulması deməkdir.

İclasda Mingəçevir şəhər 6 saylı tam orta məktəbin «liderpress.az» saytı ilə bağlı şikayətinə da oxşar məqamların səbəb olduğu göstərilib. Belə rəyə gəlinib ki, yayımladığı məlumatlarının əksəriyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinin pozulması ilk növbədə jurnalistika barədə elementar anlayışların, məsuliyyət hissinin olmamasından qaynaqlanır. Saytın əsasən əhatə etdiyi Mingəçevir şəhərində mənfi imicə malik olması onun haqqında da məsələnin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılmasını zəruriləşdirir.

Komissiya üzvləri «vetenperverler.az saytı (baş redaktor Qərib Azadxanlı) barədə son vaxtlar Mətbuat Şurasına şikayətlər daxil olmasının da həmin KİV haqqında belə ölçü götürülməsinə əsas verdiyi razılığına gəliblər. Şəki rayonunun Qoxmuq kənd orta məktəbinin saytla əlaqədar müraciətinin müzakirəsi belə rəyin qəbulu ilə yekunlaşıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin «starnews.az» saytından şikayətinə baxılarkən komissiya cavabdeh tərəfin etik prinsiplərin bir sıra tələblərinə sayğısız yanaşması barədə rəy qəbul edib. 

Komissiya üzvləri Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının «Xəzər» TV-də gedən «Ləzzət ovçusu» verilişi ilə bağlı MŞ-yə ünvanladıqları müraciətə də münasibət bildirib.

Çıxarılan rəydə qeyd olunur ki, bu məsələyə baxılması Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının səlahiyyətindədir. Buna görə də müraciətin həmin quruma göndərilməsi məqsədəmüvafiq sayılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »