Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» müsabiqəsinin qalibləri mükafatlandırıldı

Müsabiqənin laureatları:

Bu gün Azərbaycan Mətbuat Şurası və «Azərsun Holdinq»in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi üzrə mükafatlandırılma mərasimi keçirilib.

MŞ-də baş tutmuş tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə jurnalist marağının böyük olduğunu vurğulayıb. Yazılarının qəbulunun 2014-cü il yanvar ayının 1-dən mart ayının 15-dək həyata keçirildiyini bildirib: “Təqdim olunan 58 yazı müvafiq qaydada araşdırılaraq qiymətləndirilib. Mövcud xüsusda bir birinci, iki ikinci, üç üçüncü yerin, o cümlədən on həvəsləndirici mükafat laureatının adı müəyyənləşdirilib”.

Şura sədri çıxışında rəhbərlik etdiyi qurumun «Azərsun Holdinq»lə əməkdaşlığa hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. MŞ-nin «Azərsun Holdinq»lə birgə jurnalistlər üçün bir neçə uğurlu müsabiqə təşkil etdiyindən söz açan Ə.Amaşov bu ənənənin davamlı olmasının Azərbaycan jurnalistikasının ixtisaslaşmasına dəstək baxımından zəruriliyini vurğulayıb.

«Azərsun Holdinq»in İdarə Heyətinin üzvü Ruslan Əliyev təmsil olunduğu qurumun media ilə bağlı layihələrə xüsusi diqqət yetirməsindən söz açıb. Müsabiqəyə marağın böyük olmasını mühüm faktor kimi önə çəkən R.Əliyev bildirib ki, jurnalistlərin aktivliyi bu kimi təşəbbüslərin gələcək perspektivləri üçün nikbinlik yaradır.

Sonra müsabiqə laureatları mükafatlandırılıb. On həvəsləndirici mükafat sahibinin hər birinə 300, üçüncü yer tutmuş 3 nəfərin hər birinə 500, ikinci yerə layiq görülmüş iki jurnalistin hər birinə 700 manat pul mükafatı təqdim olunub. Birinci yerin sahibi isə 1000 manat məbləğində pulla mükafatlandırılıb. Laureatlar həmçinin “Azərsun Holdinq”in yağ məhsullarından ibarət hədiyyə paketini də əldə ediblər. Mükafatlar MŞ İdarə Heyətinin üzvləri, “Azərsun Holdinq”in təmsilçiləri və toplantıda iştirak edən kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən təqdim olunub.

Zeytunun insan orqanizmi üçün faydalı tərəflərinə diqqət çəkən «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, bu bitkinin Azərbaycan üçün tarixi önəmi var. Baş redaktor müavini eyni zamanda vaxtilə ilk milli mətbuat nümunəmiz olan «Əkinçi» qəzetində də zeytuçuluqla bağlı məsələlərə geniş yer verildiyini deyib.

«Azərsun Holdinq»in yağ-məhsul qurupu departamentinin rəhbəri Sənan Orucov holdinqin hazırkı fəaliyyət istiqamətlərindən bəhs edərək görülən işlərin təbliği üçün medianın məsələlərə peşəkar yanaşmasının vacibliyini önə çəkib. Bu baxımdan müsabiqənin mühüm fayda daşıdığını əsaslandırıb.

Çıxış edənlərdən MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, həmçinin «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» müsabiqəsinin əhəmiyyətinə toxunaraq onun jurnalist əməyinin stimullaşdırılmasındakı önəmindən bəhs ediblər. Çıxışlarda habelə «Azərsun Holdinq»in timsalında böyük şirkətlərin media ilə səmərəli əməkdaşlığının faydalı aspektləri üzərində də dayanılıb.

«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan A.Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.

Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi laureatları:


I yer

Şirməmməd Nəzərli - Salamnyus İnformasiya Agentliyi

II yer

İsmayıl İsmayılov - «Mediaformu.az» saytı
Elxan Salahov - «Həftə içi» qəzeti

III yer

Səxavət Həmid - «Gündəlik teleqraf» qəzeti
Zülfiyyə Quliyeva - «Mövqe» qəzeti
Seymur Yunusov - «İqtisadiyyat» qəzeti (marja.az saytı)

Həvəsləndirici mükafat

1.    Nizam Rzayev - Lent.az saytı
2.    Elçin Bayramlı - Səda İnformasiya Agentliyi
3.    Ülviyyə Tahirqızı - «Xalq cəbhəsi» qəzeti
4.    Həbibə Abdulla - «Kaspi» qəzeti
5.    Nail Rəhimzadə - «İki sahil» qəzeti
6.    Təranə Cəbiyeva - «Respublika» qəzeti
7.    Nadir Azəri - «Yeni Azərbaycan» qəzeti
8.    Mehparə Əliyeva - «Respublika» qəzeti
9.    Xalid Kazımov - «Üç nöqtə» qəzeti
10. Rövşən Rəsulov - «Səs» qəzeti


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »