Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ABŞ-ın Azərbaycandakı səfiri Mətbuat Şurasında oldu

Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında

Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sdəri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Xüsusən Şuranın şikayətləri araşdırması proseduru üzərində dayanan Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi quruma müxtəlif vətəndaş qruplarından, o cümlədən ayrı-ayrı siyasi partiyalardan da müraciətlər daxil olur. Bu şikayətlərdə cavabdeh tərəf kimi həm iqtidar, həm də müxalifət yönümlü media göstərilir. «Mətbuat Şurası araşdırma prosesində hər hansı ayrıseçkilik etmir, başlıca olaraq peşə prinsiplərini rəhbər tutur», - deyən Amaşov fikrini konkret misallarla əsaslandırıb, Şuranın qarşıdakı planlarından danışıb.

Seçki prosesi və medianın seçkidə iştirakı ilə bağlı müzakirələr zamanı MŞ sədri bildirib ki, Şura seçki kampaniyası müddətində jurnalistlərin həssas prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirməkdədir. Xüsusən kütləvi aksiyalar zamanı aparılan monitorinqlərə toxunan Ə.Amaşov vurğulayıb ki, işlərin intensivliyini artırmaq üçün MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən əlavə nümayəndələr cəlb olunub. Ə.Amaşov kütləvi aksiyalarda jurnalist təhlükəsizliyinin təminatının Mətbuat Şurası üçün prioritet vəzifə olduğunu bildirərək yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün MŞ-nin «qaynar xətt»inin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səfir R.Morninqstar hər bir cəmiyyət üçün seçkinin böyük önəm daşıdığını, prosesin medianın aktivliyinə də təsirsiz ötüşmədiyini vurğulayıb. O bu baxımdan Azərbaycan mediasının da həssas mərhələ yaşadığını diqqətə çatdırıb. Səfir bildirib ki, kütləvi informasiya vasitələrinin mövcud vəziyyətdə ictimai maraqları üstün tutmaları üçün onlara eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da fəal dəstəyi lazımdır.

Görüşdə ölkəmizdə söz və mətbuat azadğınını müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının qabaqcıl ənənəyə malik ABŞ mediası ilə qarşılıqlı təmaslarının və təcrübə mübadiləsi imkanlarının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi ifadə olundu.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »