Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Jurnalistlər üçün hüquqi terminlər lüğəti»nin təqdimatı keçiriləcək

Nəşr Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanıb

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının yeni nəşri çapdan çıxıb. Bu münasibətlə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının birgə təşəbbüsü ilə təqdimat mərasimi keçiriləcək. Tədbir mayın 12-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi) baş tutacaq.

«Hüquq ədəbiyyatı» nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunub. Kitabda əvvəlki nəşrdən fərqli olaraq daha çox hüquqi terminlərə rast gəlmək mümkündür. Burada həmçinin Azərbaycan Respublikasının media qanunvericiliyinə və hüquqi-normativ aktların media ilə bağlı hissələrinə də geniş yer verilib.

Qeyd edək ki, «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanıb. Kitabın təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır. Nəşrin kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulur.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »