Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İran prezidentinin müşaviri Mətbuat Şurasının qonağı olub

Əflatun Amaşov İran prezidentinin müşavirini qəbul edib

 

 

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İran İslam Respublikası Prezidentinin müşaviri, İranın İRNA İnformasiya Agentliyinin direktoru Əli Əkbər Cəvanfekri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MŞ sədri qonaqları salamlayaraq Azərbaycan və İran münasibətlərinin tarixi köklərinə nəzər salıb. O, müasir şəraitdə hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində medianın yeri və rolundan söhbət açaraq Mətbuat Şurası yarandıqdan sonra qurumun mövcud istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb. Bu sırada 6 il əvvəl Azərbaycan və İran jurnalistlərinin dostluq qrupunun təşkilinə, hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması faktlarına diqqəti çəkən Ə.Amaşov belə müsbət hallara bəzi kütləvi informasiya vasitələrində xələl gətirmə meyllərinin olmasını yolverilməz sayıb.

Əli Əkbər Cəvanfekr səmimi qəbul üçün MŞ sədrinə minnətdarlığını bildirərəək qeyd edib ki, bu, onun Azərbaycan Respublikasına üçüncü səfəridir. O vurğulayıb ki, tale hər iki ölkəni qonşu kimi bir yerdə yaşamağa məhkum edib. Azərbaycanın uğurlarını İranın uğurları kimi dəyərləndirən prezident müşaviri ölkələrin potensialından səmərəli istifadə imkanlarının daha da yaxşılaşdırılmasının zəruriliyini deyib.

Sonra tərəflər Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında fikir mübadilələri aparıblar. Jurnalistlərin qarşılıqlı səfərlərinin, region ölkələrini əhatə edəcək forumların, konfransların təşkilinə, Azərbaycan, fars, türk dillərində xəbərlər bülleteninin buraxılması və sair məsələlərə dair təkliflər səslənib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »