Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Toplantıda ali məktəblərin jurnalistika fakultələrinə qəbul zamanı qabiliyyət imtahanlarının barpası məsələsi geniş müzakirə olunub.

 

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov günldəliyi İH üzvlərinin müzakirəsinə təqdim edib. İclasda 5 məsələnin müzakirəsi qərarlaşdırılıb.

Jurnalistika fakultələrinə qabiliyyət imtahanlarının bərpası ilə bağlı işçi qrupu yaradılıb

Toplantıda öncə ali məktəblərin jurnalistika fakultələrinə qəbul zaman qabiliyyət imtahanlarının barpası məsələsi müzakirə olunub. MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun hazırda bu istiqamətdə araşdırmalar apardığını və dünyanın bir çox ölkələrindəki qabaqcıl təcrübənin nəzərdən keçirildiyini vurğulayıb.

Məsələnin aktuallığını nəzərə alınaraq bununla əlaqədar Şurada xüsusi işçi qrupu yaradılıb. Qrup müəyyənləşdirib ki, Avropanın, eləcə də dünyanın əksər ölkələrində jurnalistika fakultələrinə qabiliyyət imtahanları çox uğurla həyata keçirilir və bu, müsbət nəticələr verir. Şura mövcud istiqamətdə proqram hazırlamalı və bu mövzuda xüsusi tədbir keçirməlidir.

 

«Şabran» və «Olimp sport» MŞ üzvlüyünə qəbul olundu

İdarə Heyəti Şabran rayonunun eyni adlı qəzetinin və «Olimp sport» jurnalının Mətbuat Şurası üzvlüyünə qəbulla bağlı müraciətlərinə baxıb. «Şabran» qəzetinin baş redaktoru Çingiz Məmmədov və «Olimp sport» jurnalının baş redaktoru Ramin Allahverdiyev rəhbərlik etdikləri mətbu nəşrlərin dövriliyi, tirajı, yaradıcılıq xüsusiyyətləri və digər spesifik cəhətləri ilə əlaqədar ətraflı məlumat verib, sualları cavablandırıblar. İH bütün bunları yetərli sayaraq hər iki kütləvi informasiya vasitəsinin Mətbuat Şurasına qəbuluna dair qərarlar çıxarıb.

«Cənub xəbərləri», «Qeyrət qalası» və «Milli hərakat» qəzetlərinə xəbərdarlıq edildi

Şuranın Şikayətlər üzrə Komissiyasının təqdim etdiyi rəylər əsasında MŞ-nin qərarlarının qəbulu zamanı məsələyə iki kontekstdən yanaşılması məqbul sayılıb. İlk növbədə komissiyanın çıxardığı rəylər dəyərləndirilib. Belə razılığa gəlinib ki, Masallı rayonundan bir qrup ziyalının «Cənub xəbərləri» və Ağdam rayonundan bir qrup sakinin «Qeyrət qalası» regional qəzetləri ilə bağlı şikayətləri əsaslıdır. Hər iki KİV-ə etik prinsiplərin tələblərinə sayğısız yanaşdığına görə Mətbuat Şurasının xəbərdarlığının elan olunması məqsədəuyğundur. Eyni qərar «Milli hərəkat» qəzeti barədə də çıxarılıb. Bu zaman nəşrin baş redaktorunun peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi əsas götürülüb.

Komissiyanın Cəlilabad Post filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Q.Cəfərovun şikayətləri əsasında çıxardığı rəylər məqbul qiymətləndirilib və belə qərara alınıb ki, «Azadlıq» qəzeti cavabdeh tərəf kimi şikayətçilərin mövqeyini əks etdirən məktublarını dərc etdiyindən məsələ həllini tapmış sayıla bilər.

Daha 5 KİV-in adı «qara siyahı»ya salındı

İdarə Heyəti digər 5 qərarın qəbulunda Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 28 sentyabr 2010-cu il tarixli iclasının rəylərini əsas götürüb. «Rəsmi Azərbaycan» və «Vedi inform» qəzetlərinini adları Şuranın «qara siyahı»sına salınarkən bu nəşrlərin əməkdaşlarının yol verdikləri hüquqa zidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-lərdə jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir. Oxşar motivlər «Həftəlik Azərbaycan» və «Azad yeni fikir» qəzetlərinin də «qara siyahı»ya salınmasına səbəb olub.

 

«Bizim dövr» qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın «qara siyahı»sında yer alan «Yeni dövr» qəzetinin yolunu davam etdirir. Belə ki, birincinin təsisçisi və baş redaktoru Hikmət Nəcəfli ikincidə də eyni postları tutur. «Bizim dövr» nəinki jurnalist adına ləkə gətirir, üstəlik məqsədlərinə çatmaq üçün insanların əsəblərini daimi gərginlik içərisində saxlamaq yolu tutur. Şuraya daxil olan çoxsaylı şikayətlərdə də qəzetin belə fəaliyyəti vurğulanır. İdarə Heyəti bu KİV-in adının «qara siyahı»ya salınması ilə bağlı qərar qəbul etməklə yanaşı, mətbu orqan barəsində toplanmış materialların inzibati orqanlara göndərilməsini məqsədə uyğun sayıb.

Birgə əməkdaşlıq gücləndiriləcək

Cari məsələnin müzakirəsində Şuranın «qara siyahı»sındakı bəzi qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərini davam etdirdikləri narahatlıqla vurğulanıb. Təklif edilib ki, bu kimi halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq gücləndirilsin. 

Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə Türkiyə və Kiprdə təcrübə mübadiləsinə yollanacaq jurnalistlərin tərkibinin müəyyənləşdirilməsinə dair fikir mübadilələri aparılıb.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »