Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası səyyar qəzet satışı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb

Müraciətdə səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilir

Azərbaycan Mətbuat Şurası səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə ümumilikdə ölkəmizdəki KİV-lərin satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilir. Qeyd edək ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət ünvanlayıb və həmin sənəd MŞ-də müzakirə olunub.

Onu da deyək ki, 2005-ci ildə oxşar problem şəhərin mərkəzində qəzet stendlərində satışla bağlı da yaranmışdı. Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa görə mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər BŞİH-in Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunmuşdular və məsələ həllini tapmışdı. Bunun xatırlandığı müraciətdə eyni zamanda dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımdan da effektivliyi əsaslandırılıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »