Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İranın media fəaliyyətinə məsul qurumlarının nümayəndələri ölkəmizdə səfərdədir

-

Səfər Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində reallaşmaqdadır

İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-dan 13-dək Azərbaycanda səfərdədir. Səfər Azərbaycan Mətbuat Şurası ilə İranın sözügedın dövlət qurumunun Mətbuat və İnformasiya Departamenti arasında ötən ilin noyabrın 9-da imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində gerçəkləşməkdədir. 

İrandan ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin tərkibinə H.Entezami ilə yanaşı, Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İslam Respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir.

Səfər proqramında nümayəndə heyətinin üzvlərinin KİV rəhbərləri ilə ümumi toplantısının keçirilməsi, həmçinin ayrı-ayrı redaksiyalarda olmaları, rəsmi şəxslərlə, deputatlarla görüşləri, ölkəmizin tarixi yerlərinə səyahətləri nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumunda hər iki ölkənin jurnalistika ilə əlaqədar qurumlarının nümayəndələrinin, habelə KİV-lərinin təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkili, birgə toplantıların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. tədbirlər nəzərdə tutulur.

Onu da bildiririk ki, Əməkdaşlıq Memorandumu çərçivəsində Azərbaycandan İrana da jurnalist səfəri gerçəkləşdiriləcək. 


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »