Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2015-ci ildə son iclasını keçirib

-

5 KİV-lə bağlı məsələ Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılacaq

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bu gün  2015-ci il üçün  son iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələni araşdırıblar.

Öncə müstəgil jurnalist Xalid Kazımovun «Milli.az» İnternet Portalı ilə bağlı müraciətinə baxılıb.  Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, şikayət doğuran yazıda etik prinsiplərin bir sıra tələbləri pozulub. Lakin sayt sonradan qarşı tərəfin mövqeyinə aydınlıq gətirib. Komissiya bunu məqbul sayıb. Eyni zamanda həmin kütləvi informasiya vasitəsinə bu kimi yazıların təqdimatına daha həssas yanaşmağı tövsiyə edib.

İclasda 5 KİV-lə əlaqədar materialların araşdırılmaq üçün Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi hesab olunub. «Xalq tribunası» qəzetinin Sumqayıt Şəhər Məhkəməsinin rəhbərliyi barədə yazılarının «reket jurnalistika»ya xas tərzdə səhifəyə çıxarılması, «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələblərinin pozulması buna əsaslar verib.

«Azfakt.az», «Azerinfo.org», «Reportyor.tv» və «pia.az» saytlarının da adlarının MŞ-nin «qara siyahı»sına salınması məsələsinə həmin komissiyanın Şuranın İdarə Heyətinə təqdimatından sonra baxılacaqdır. Müzakirələr zamanı bildirilib ki, bu KİV-lərin  Ağdam Rayon İcra Hakimiyyəti barədə yayımladıqları məlumatların əksəriyyəti peşə etikasına zidd şəkildə, korporativ həmkarlıq formasında yayımlanıb. Belə materiallar bir qayda olaraq informasiyaların nə dərəcədə həqiqiliyi yoxlanılmadan verilir, bunlarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alır.

Çıxışlarda  o da vurğulanıb ki, ölkədə oxşar metodlarla birgə hərəkət edən 30-a yaxın sayt mövcuddur. Mətbuat Şurası bu cür hallara qarşı mübarizənin yeni vasitələrini nəzərdən keçirməlidir.

Ağdam şəhər sakini Rafiq Nəbiyevin «ölkə.az» saytı ilə əlaqədar müraciətinin müzakirəsində cavabdeh tərəfə müraciət müəllifinin mövqeyinin yayımlaması tövsiyə olunub.

«Gundemxeber.az» saytı Ucar şəhər sakini Vahid İbrahimovun müraciəti əsasında şikayət doğuran materialı oradan götürdüyü üçün məsələ həllini tapmış hesab edilib.   

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »