Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ali Media Mükafatının 2015-ci il üçün laureatları təltif edilib

-

İyulun 22-də “Gülüstan” sarayında milli mətbuatın 140 illik yubileyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının 2015-ci il üçün laureatlarının adları açıqlanıb. 2011-ci ildən təqdim olunan mükafatın əsasnaməsinəuyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətlərə malik, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin, media orqanlarının, qurumlarının əməyinin qiymətləndirilir və onlar hər il milli mətbuat günündə təltif edilirBu zaman laureatlar 3 dərəcədə qiymətləndirilirBirinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat mükafatlandırılırÜçüncü dərəcə üzrə laureatların hər birinə 1000, ikinci dərəcə üzrə 2000 manat pul mükafatı təqdim edilir. Birinci dərəcə üzə laureat isə 5000manatla mükafatlandırılır

 

III dərəcə üzrə laureatlar

 

Esmira Cavadova, AMEA-nın əməkdaşı, tədqiqatçı-alim - Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə təltif edilib.

 

Bahəddin Həziyev, “Bizim yol” qəzetinin baş redaktoru - Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə təltif edilib.

 

İlqar İlkinAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin orqanı olan “Birlik” jurnalının baş redaktoru - Türk dünyasının media qurumları ilə səmərəli əməkdaşlığın yaradılması və inkişafındakı xidmətlərinə görə təltif edilib.

 

Ziyalı publisistlər Nizami Məmmədzadə və  Mahmud Kamal - «Gürcüstanın azərbaycanlı jurnalistləri» kitabına görə təltif edilib.

 

CBC telekanalı - Azərbaycan həqiqətlərinin dünyada təbliğinə görə təltif edilib.

 

II dərəcə üzrə laureatlar

 

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru

Müşfiq ƏləsgərliJurnalistlərin Həmkarlar İttifaqının sədri

 

Azərbaycana qarşı aparılan anti-təbliğatla media müstəvisindəki fəal mübarizələrinə görə təltif ediliblər.

 

I dərəcə üzrə laureat

 

“Kaspi” qəzeti

 

Azərbaycanın mətbuat irsinin qorunmasındakı xidmətlərinə görə təltif edilib.

 

“UBM Group” Şirkəti

 

I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə Ali Media Mükafatının xüsusi dərəcəsi ilə təltif olunub.

 

Qeyd edək ki, Ali Media Mükafatının 2015-ci il üçün laureatlarına həmçinin “Paşa bank”ın hədiyyələri də təqdim olunub.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »