Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib

Ə.Amaşov: "MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir"

Bu gün Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işinə başlayıb. Üç gün davam edəcək tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Ə.Amaşov XII illik toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Əsasən quruma ünvanlanan şikayətlər üzərində dayanan sədr vurğulayıb ki, MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir. Bununla yanaşı Şura ölkədə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsi istiqamətində də işlər aparır. Mövcud baxımdan diffamasiya haqqında qanun layihəsinin hazırlanmasına diqqət çəkən Ə.Amaşov ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirildiyini də vurğulayıb. O, həmçinin bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurası özünün iş təcrübəsini postsovet ölkələrində eyni missiyalı qurumların formalaşdırılmasında bölüşə və mövcud məkanda özünütənzimləmə ilə bağlı vahid informasiya şəbəkəsinin qurulmasında yaxından iştirak edə bilər.  

Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyətlərinin təhlil olunacağı, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsinin aparılacağı toplantı öz işini davam etdirir.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »