Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyada 4 məsələyə baxılıb.

Öncə Ağstafadan «Şəfəqə doğru» qəzetində gedən bir sıra materiallarla bağlı Mətbuat Şurasına ünvanlanan iki şikayət müzakirə olunub. Mətbu nəşrin baş redaktoru Neymət Novruzlunun nəzərinə çatdırılıb ki, istər Ağstafa Rayon Mərkəzi Xəstəxanası, istərsə də «Ağstafaçay» Hidroqovşağı İstismar İdarəsi barədə  dərc olunmuş yazılarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. Ayda bir-iki dəfə çıxan qəzetdə həmin qurumların rəhbərliyinin mütəmadi hədəf götürülməsi, ittiham xarakterli fikirlərin birtərəfli qaydada qabardılması, bunların nə dərəcədə həqiqətə uyğunluğunun müəyyənləşdirilməsi üçün balansın gözlənilməməsi, qarşı tərəfin mövgeyinin təqdim olunmaması, yaxud həmin istiqamətdə cəhdlərin göstərildiyinə dair məlumatların yer almaması peşə etikasının tələblərinə etinasızlıqdır.

Komissiya qənaətə gəlib ki, «Şəfəqə doğru»dan şikayət doğuran materiallarda, eləcə də digər yazılarda belə nöqsanların təkrarı qəzetdə peşəkar mühitin olmamasından, bunun qərəz, yaxud şəxsi maraqdan qaynaqlandığından irəli gəlir, yazılarda  çoxsaylı dil, üslub qüsurlarının mövcudluğu da diqqət yetirilməsi vacib olan cəhətlərdəndir. Komissiya eyni zamanda şikayət məktublarında bir sıra təhqiramiz ifadələrin yer almasını yolverilməz hal kimi müraciət müəlliflərinin nəzərinə çatdırıb.

Komissiya bütün bunları əsas göturərək «Şəfəqə doğru» qəzetinə hər iki qurum barədə belə səpkili  məqalələrin təqdimatını dayandırmağa, təkzib, yaxud Ağstafa Rayon Mərkəzi Xəstəxanasının və «Ağstafaçay» Hidroqovşağı İstismar İdarəsinin mövgelərinin əks olunduğu məktublarının dərcini tövsiyə edib.Tərəflər arasında  anlaşma əldə edildiyindən məsələ həllini tapmış hesab olunub.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Sabunçu Telefon Qovşağının «Gündəm xəbər» qəzeti  barədə şikayətinə baxılarkən bir sıra məqamlara  toxunulub. Bildirilib ki, mətbu nəşrin təhqiramiz, insan ləyaqətinə toxunan yazı ilə bağlı təkzib verməsi, üzr istəməsi jurnalistikada məqbul sayılır. Lakin  belə halların bəzi KİV-lərdə praktik fəaliyyətin əsasını təşkil etməsi müraciət müəlliflərinin məsələnin araşdırılmasına sonadək prinsipial yanaşmamaları təsir göstərir. Nəticədə  oxşar səpkili təhqirlərə digərləri də məruz qalır. Komissiya üzvləri bunu təəssüfləndirici hal hesab ediblər. Qeyd edilib ki, belə situasiyalarda şikayətçilər də sonadək prinsipial olmalıdırlar.

İclasda Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi barədə gedən yazıların müzakirəyədək 6 saytdan çıxarılması məsələsinə də toxunulub. Bildirilib ki, peşə etikasının tələblərinin gözlənilmədiyi hər hansı yazı xəbər portallarında saxlanıldığından, yaxud götürüldüyündən asılı olmayaraq müzakirəyə çıxarılacaq və barəsində müvafiq qərar qəbul ediləcəkdir.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »