Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib

-

Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlini 60 illik yubileyinə və jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə təltif edib. MŞ sədri, Milli Məclisin deputatı Ə.Amaşov uzun illərdən bəri tanıdığı yubilyar jurnalisti peşəsinə sadiq həmkar, ziyalı mövqeyi olan sənət adamı kimi dəyərləndirib. O, Şuranın xüsusi diplomunu Q.Kəngərliyə təqdim edib. Q.Kəngərli yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Q.Kəngərli 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlayıb. 15 il ərzində burada kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. 

Yubilyar jurnalist 1990-cı ilin 20 Yanvar faciəsindən sonra «Şəhidlər», «Şəhidlər-2» bukletlərini hazırlayıb. Onun müəllifi olduğu «Qara Yanvar» kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb. Jurnalistin «Erməni lobbisi: Azərbaycan faciəsi» və «Qanlı şənbəyə gedən yol» kitabları 50 min tirajla nəşr olunub. 1991-ci ildə Q.Kəngərlinin ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən «Bakıda insan ovu» sənədli filmi çəkilib. 

Q.Kəngərli həmçinin azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparıb. Ssenarisi əsasında «Sürgün» adlı sənədli film çəkilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib. Yubilyar qələm sahibi həmçinin Özbəkistanın jurnalistika sahəsindəki «Altın Qalam» mükafatının laureatıdır.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »