Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ali Media Mükafatı təqdim olundu

Azərbaycan Mətbuat Şurasının məlumatı

İyulun 22-də Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə milli mətbuatımızın 138 illiyi ilə bağlı keçirilmiş mərasimdə özünün Ali Media Mükafatını təqdim edib. 2010-cu ildə təsis olunmuş mükafat 3 dərəcə üzrə ümumilikdə 9 nəfərə təqdim edilib.

I dərəcə üzrə bir laureat

Cahangir Məmmədli, BDU-nun jurnalistika fakultəsinin professoru

II dərcə üzrə laureatlar

Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru;
Bəhruz Quliyev, “Səs” qəzetinin baş redaktoru;
Tapdıq Abbas, “Paralel” qəzetinin baş redaktoru.

III dərəcə üzrə laureatlar

Üsaməddin Əhmədov, “Əkinçi” (Zərdab) qəzetinin baş redaktoru;
Xalid Niyazov, “Respublika” qəzetinin əməkdaşı;
İlqar Rüstəmov, “Xalq qəzeti”nin əməkdaşı;
Bəxtiyar Qaraca, “Azərbaycan” qəzetinin əməkdaşı;
Yusif Rzayev, “525-ci qəzet”in redaktoru.

Azərbaycan Mətbuat Şurası və Bakcell şirkəti milli mətbuatımızın 138 illiyi münasibətilə media ilə səmərəli əməkdaşlığın qurulmasındakı fəaliyyətinə görə dövlət qurumlarının mətbuat xidməti nümayəndələrinin bir qrupunu diplomla təltif edib. Təltif edilmiş mətbuat xidməti rəhbərlərinin siyahısını təqdim edirik:

Mehdi Mirsəlimov, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin analitik informasiya şöbəsinin rəisi;
Tanrıverdi Mustafayev, “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri;
Anar Qədirov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri;
Eldar Sultanov, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri;
Cəmalə Əliyeva, Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
Vaqif Əsədov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi.

Azərbaycan Mətbuat Şurası ölkəmizdə jurnalistikanın inkişafına göstərdiyi dəstəyə və media ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasındakı xidmətlərinə görə “Bakcell” şirkətini özünün diplomu ilə təltif edib. Mükafatı şirkətin baş icraçı direktoru Riçard Şirerə MŞ sədri Əflatun Amaşov təqdim edib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »