Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Azərbaycan Mətbuat Şurasında olub

-

Bu gün Azərbaycan Mətbuat Şurasında BMT-nin ölkəmizdə səfərdə olan İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naserlə görüş keçirilib.


Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanda medianın durumu barədə geniş məlumat verib. MŞ sədri bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası postsovet məkanında medianın özünütənzimləməsi işini həyata keçirən ilk qurumlardandır. Şuranın təcrübəsindən digər ölkələrdə də yaxından istifadə olunub. Təşkilatın əsasən müxtəlif vətəndaş qruplarından daxil olan müraciətləri araşdırdığını qeyd edən Ə.Amaşov ötən müddətdə MŞ-nin söz və ifadə azadlığı ilə əlaqədar prosesləri də diqqət mərkəzində saxladığını vurğulayıb. «Mövcud istiqamətdə monitorinqlər aparılır. Onların nəticələri ictimaiyyətə, eyni zamanda müvafiq dövlət orqanlarına çatdırılır. Çalışırıq ki, jurnalistlərin tam sərbəst, maneəsiz şəkildə informasiya almaları təmin olunsun. Bununla yanaşı, jurnalist peşəkarlığı da bizim üçün önəmlidir. Şura indiyədək jurnalist peşəkarlığı və məsuliyyətinin artırılmasını nəzərdə tutan tədbirlər reallaşdırıb. Bu sahədə nüfuzlu beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq edirik. BMT ilə münasibətlər də bizim üçün önəmlidir», - deyən Ə.Amaşov həmçinin ölkəmizdə mediaya dair qanunvericilik məsələləri üzərində dayanıb. 


BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naser ölkəmizə Bakıda keçirilən «Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum»da iştirak məqsədilə gəldiyini vurğulayıb. Rəhbərik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açan qonaq bildirib ki, İctimai İnformasiya Departamenti BMT-yə üzv ölkələrin bir çoxunda struktur bölmələrə malikdir. O, həmçinin departamentin BMT-nin gerçəkləşdirdiyi tədbirlərdə jurnalistlərin akkreditasiyası məsələlərindən, eləcə də həmin toplantıların dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərin spesifik cəhətlərindən bəhs edib. 


MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Mətbuat Şurasının müxtəlif illərdə BMT ilə əməkdaşlıq etdiyini deyib. O bu baxımdan BMT baş katibi Pan Gi Munun iqlim dəyişiklikləri ilə bağlı media təmsilçilərinə ünvanladığı müraciət üzərində dayanıb. Bildirib ki, Şura müraciətdən irəli gələn məqamlarla əlaqədar YUNESKO-nun Moskva ofisi ilə birgə Bakıda jurnalistlər üçün treninqlər düzənləyib. U.Rəhimoğlu həmçinin bildirib ki, BMT Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolunun artırılması istiqamətində Mətbuat Şurası ilə yaxından əməkdaşlıq edə bilər.


MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında BMT ilə münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan media sahəsindəki əlaqələrin intensivləşdirilməsinin zəruriliyindən söz açıb. 


MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu vaxtlarda ölkəmizin qaldırdığı təşəbbüslərin BMT-nin informasiya kanallarında işıqlandırılması məsələlərinə toxunub, mövcud istiqamətdə nəzərə çarpan bir sıra cəhətlərdən söz açıb.


MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev BMT-nin müxtəlif ölkələrlə bağlı informasiya əldə etmək sahəsindəki iş prinsiplərinə diqqət yetirib. Bununla əlaqədar sualı cavablandıran M.Naser prosesin əsasən yerlərdə fəaliyyət göstərən struktur bölmələr tərəfindən tənzimləndiyini, obyektivliyi qorumaq naminə kənar mənbələrdən istifadə olunmadığını vurğulayıb.


MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət çıxışında regional media əməkdaşlığının dərinləşdirilməsi zərurətindən söz açaraq bu istiqamətdə yerli təşkilatların da təcrübəsindən yararlanmağın vacibliyinə toxunub. 



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »