Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının toplantısı keçirilib

Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri iştirak edib

İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının toplantısı keçirilib. Türkiyədən, Azərbaycandan, Qırğızıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən, İraqdan (Kərkük), Bolqarıstandan, Şərqi Trakiyadan, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Rusiyanın Tatarıstan və Başqırdıstan muxtar respublikalarından ümumilikdə 30-dək nümayəndənin qatıldığı tədbirdə başlıca müzakirə mövzusu Türkdilli Ölkələrin və Toplumların III Media Forumuna hazırlıq olub. Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirak edib.

Qeyd edək ki, 2010-ci ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında isə Bakıda Türkdilli Ölkələrin və Toplumların müvafiq olaraq I və II forumları təşkil olunmuşdu. Paytaxtımızda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş II Forumun iştirakçıları növbəti toplantının Qırğızıstanda təşkilini qərara almışdılar.

Koordinasiya Şurasının avqustun 27-də İstanbulun Kalyon hotelində baş tutmuş toplantısında isə  mövcud istiqamətdə müzakirələr aparılıb. III Forumun 7-9 noyabr 2013-cü il tarixdə paytaxt Bişkekdə təşkili dəqiqləşdirilib.

Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsinə görə, birliyə daxil olan ölkələr və toplumlar növbəlilik əsasında quruma sədrliyi həyata keçirirlər. Hazırda sədrlik Azərbaycana məxsus olduğundan Ə.Amaşov Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının sədri kimi hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Türkdilli xalqların bir-biriləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara ən azından bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır. Bu kimi vəzifələrin icrası istiqamətində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin daha səmərəli şəkildə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan Ə.Amaşov ötən müddətdə qurumun internet portalının yaradılmasını qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm addım olaraq dəyərləndirib. Şura sədri Bişkek forumunun daha səmərəli əməkdaşlıq konturlarının seçilməsi baxımından məhsuldar keçəcəyinə inandığını bildirib.

Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin katibliyi Ankarada fəaliyyət göstərir. Qurum baş katibi, Türkiyənin Mətbuat və İnformasiya Yayımı İdarəsinin rəhbəri Murat Karakaya da çıxışında ötən forumdan bəri görülmüş işlərdən söz açıb, perspektiv vəzifələrin icrası imkanlarını sadalayıb.

Qarşılıqlı müzakirələrdə türkdilli ölkə və toplumların media quruluşlarının bir-birinə sıx inteqrasiyasının zəruriliyi müxtəlif faktlarla əsaslandırılıb. Sonda III Bişkek forumunun gündəliyi təsdiqlənib.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »