Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq

Azərbaycan nümayəndə heyəti ermənilərin azərbaycanlılara qarşı soyqırımı ilə bağlı sərgiyə də qatılacaq

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq. Tədbir  oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək. 

MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində həmçinin Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ılə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da daxildir.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »