Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti araşdıracaq qrupu fəaliyyətini bərpa edib

Qrupun başlıca məqsədi mövcud istiqamətdəki problemlərin həlli ilə bağlı təkliflər paketi hazırlamaqdır

MŞ İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Umud Rəhimoğludan ibarət qrupun başlıca məqsədi mövcud istiqamətdəki problemlərin həlli ilə bağlı təkliflər paketi hazırlamaqdır

Azərbaycan Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini bərpa edib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan ibarət qrup paytaxtın ayrı-ayrı rayonlarında mətbu vasitələrin satışının həyata keçirilməsi sahəsindəki mövcud tendensiyaları nəzərdən keçirəcək, xüsusən qəzetlərin əldə yayılması ilə bağlı ortaya çıxan çətinlikləri araşdıracaq. Bunun üçün qrupun üzvlərinin yerlərdə, icra hakimiyyətlərində və digər müvafiq instansiyalarda görüşlərinin keçirilməsi də planlaşdırılır.

Qrupun başlıca məqsədi səyyar qəzet satışı ilə bağlı işin qanuni müstəvidə qurulmasına dəstək göstərməkdən, bunun üçün zəruri mexanizmlərin tətbiqini nəzərdə tutan təkliflər paketi hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasına səyyar qəzet satışı sahəsindəki poblemlərlə bağlı bəzi redaksiyalardan və ayrı-ayrı qəzet satıcılarından müraciətlər daxil olub. Şura bu müraciətləri nəzərə alaraq bu il yanvarın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə mövcud istiqamətdəki vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş olunub. Onu da qeyd edək ki, Mətbuat Şurası sözügedən məsələ ilə bağlı ölkədəki yayım firmalarının nümayəndələri, redaksiyaların təmsilçiləri ilə məsləhətləşmələr aparıb, səyyar satış işinin hüquqi tənzimlənməsindəki mümkün variantları nəzərdən keçirib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »