Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Türkiyə İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilə görüşüb

Əflatun Amaşov Türkiyə İdman Nazirliyinin mətbuat xidmətinin və Avrasiya Kültür və Spor İş Birliyinin rəhbəri Ahmet Tüzünü qəbul edib

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə İdman Nazirliyinin mətbuat xidmətinin və Avrasiya Kültür və Spor İş Birliyinin rəhbəri Ahmet Tüzünü qəbul edib.

MŞ sədri türkiyəli qonağı salamlayaraq bildirib ki, Azərbaycanda idman dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə prezidentinin müvafiq sərəncamı ilə 2012-ci ilin «İdman ili» elan olunduğunu deyən Ə.Amaşov Azərbaycanın Olimpiya oyunlarına evsahibliyinə də iddialı olduğunu vurğulayıb.

Şura sədri olimpiya hərəkatının geniş vüsət almasını zəruriləşdirən səbəblər ətrafında söhbət açarkən bildirib ki, idman hər bir ölkənin imici baxımından özlüyündə böyük hadisədir. O, indiki məqamda medianın da idman sahəsindəki dinamik inkişafa adekvat fəaliyyətinin zəruriliyinə diqqət çəkib. Son illər bu sahə ilə bağlı ayrıca telekanalın fəaliyyətə başladığını, həmçinin xüsusi tipologiyaya malik qəzet və jurnalların sayının artdığını vurğulayıb. «Azərbaycan Mətbuat Şurası da idman qurumları ilə ciddi əməkdaşlıq edir. Biz xüsusən bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrini yaxından izləyirik. Ötən il Şura ilə Milli Olimpiya Komitəsi arasında anlaşma əldə olundu. Həmin anlaşmaya əsasən idmanın daha da populyarlaşdırılmasına dair birgə layihələr gerçəkləşdirəcəyik. Təşəbbüsümüzün «İdman ili»nə təsadüf etməsi isə məsuliyyətimizi daha da artırır», - deyə o əlavə edib.

Türkiyəli qonaq Ahmet Tüzün təmsil olunduğu ölkədə idmanın inkişaf dərəcəsinin ayrı-ayrı spesifik cəhətlərindən danışaraq medianın mövcud istiqamətdə baş verən olaylara münasibət tərzinə dair maraqlı faktlar açıqlayıb. O, Türkiyədə bu sahə jurnalistikasının xarakterik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, hər iki ölkənin idman qurumları, o cümlədən idman yazarları arasındakı əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.

Görüşdə iştirak edən Milli Olimpiya Komitəsinin məsul əməkdaşı Nazir Rəhimov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev və «Olimpsport» jurnalının baş redaktoru Ramin Allahverdi də qarşılıqlı əməkdaşlığın intensivliyinin artırılması istiqamətində maraqlı fikirlər səsləndiriblər.

Görüşdə eyni zamanda təklif olunub ki, hər iki ölkənin idman sahəsində yazan jurnalistlərinin qarşılıqlı səfərləri təşkil edilsin. Bu, həm Azərbaycan və Türkiyə ictimaiyyətinin idman sahəsindəki vəziyyətdən xəbərdarlığı, həm də mövcud istiqamətdəki problem və çatışmazlıqların həllində vahid təcrübəyə əsaslanılması baxımından əhəmiyyətli olardı. A.Tüzün təmsil olunduğu qurumun səslənən təkliflərin həyata keçirilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bəyan edib.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »