Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ələkbər Salahzadənin əziz xatirəsinə...

Nekroloq

Tanınmış jurnalist, şair, publisist, dəyərli ziyalı Ələkbər Salahzadə haqq dünyasına qovuşub. Ötən əsrin 60-cı illərindən başlayaraq özünü fəal ədəbi mühitdə təsdiqləmiş Ələkbər müəllimin vəfatı poeziyamız və jurnalistikamız üçün böyük itkidir.

Məmmədsalahlı (Salahzadə) Ələkbər Baba oğlu 1941-ci il mart ayının 15-də Quba rayonunun Cimi kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Dövrü mətbuatdakı imzasına hələ erkən yaşlarından rast gəlinib.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamış Ə.Salahzadə müxtəlif vaxtlarda "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub. Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, poeziya üzrə redaktor kimi çalışıb.
İstedadlı şair 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Bir müddət "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri və redaktoru işləmiş Ə.Salahzadə 1969-cu ildən "Qobustan" jurnalında çalışıb. 2004-cü ildən jurnala rəhbərlik edib. “Qobustan” Ə.Salahzadənin sonuncu iş yeri olub.

Ə.Salahzadə rəhbərlik etdiyi nəşrdə Azərbaycan folklorunun, təsviri sənətinin, musiqisinin, teatrının və digər sənət sahələrinin ən parlaq nümunələrinin, mövcud istiqamətdəki tədqiqat işlərinin, sənətşünasların araşdırmalarının əks olunmasına böyük önəm verirdi. Jurnalın hər nömrəsində dünya incəsənəti nümunələrinə də yer ayırırdı.

Ə. Salahzadə 100-dən çox essenin, məqalənin müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı" pyesləri uğurla tamaşaya qoyulub. Həm də istedadlı tərcüməçi kimi tanınmış Ələkbər müəllim A.Tarkovskinin “Gözəl Gülayim haqqında povest”inin, Pyatras Svirkanın “Tülkünün kələyi”nin , A.Platonovun  “Dörd hekayə”sinin, Lorens Sterin “Fransaya və İtaliyaya sentimental səyahət”inin, A.V.Safronovun “Vida poeması”nın və digər əsərlərin Azərbaycan oxucusuna ana dilimizdə çatdırılmasını böyük müvəffəqiyyətlə həyata keçirib.

Rəsul Rza adına mükafatın laureatı (2002), Əməkdar incəsənət xadimi (2005), həlim insan, bacarıqlı rəhbər, gözəl ailə başçısı Ələkbər Salahzadənin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »