Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb

E.Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur

Mətbuat Şurası mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq E.Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər. 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Mətbuat Şurasında baş tutan «dəyirmi masa»nın iştirakçıları da hadisəni törədənlərin tezliklə tapılaraq cəzalandırılmasının vacibliyini vurğulayıblar. «Jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir. Ötən müddətdə cinayətinin üstünün açılması istiqamətində səylər var. Lakin jurnalistlər bu qənaətdədirlər ki, mövcud məsələdə cəzasızlığın davamı peşə fəaliyyətlərini yerinə yetirən qələm sahiblərində oxşar xoşagəlməz halın təkrarlanacağına dair qorxu yaradır» , - deyə əlavə edilib.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »