Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
NEKROLOQ: Sadıqov Mahal İsmayıl oğlu

-

Azərbaycan jurnalistikasının tanınmış nümayəndələrindən olan Mahal İsmayıloğlu dünən 58 yaşında dünyasını dəyişib.

Mahal İsmayıl oğlu Sadıqov 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirib.

1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində çalışıb.

1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft Akademiyasının çoxtirajlı qəzetinin redaktoru olub.

1990-cı ildən Azərbaycanda ilk azad mətbuat orqanlardan biri olan “Aydınlıq” qəzetində fəaliyyət göstərib. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub. Ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetlərində müxtəlif mövzularda publisistik məqalələrlə çıxış edib.

İstedadı və işgüzarlıq qabiliyyəti ilə tanınan Mahal İsmayıloğlunun əziz xatirəsi doğmalarının, əzizlərinin və həmkarlarının qəlbində daim yaşayacaq. 

 

Allah rəhmət eləsin!


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »