Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

Mətbuat Şurası və Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyətinin, o cümlədən tanınmış jurnalistlərin, media təmsilçilərinin və ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub. Nümayəndə heyətinin üzvləri ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra onlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edərək oradakı sosial obyektlərlə tanış olublar.


Kənddə yeni tikilmiş və tədris ilində istifadəyə verilmiş məktəbin önündə çıxış edən, Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınmış yaşayış massivinin, infrastrukturun həm də Qarabağa böyük qayıdışın bir əlaməti olduğunu vurğulayıb. Şura sədri rəhbərlik etdiyi qurumun yaxın gələcəkdə Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiyini bildirib: “Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun”. 


Milli Məclisin deputatı Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib. “O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar”, - deyə o əlavə edib. 


BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirib. O, qeyd edib ki, bu kəndin məktəbində təhsil almaq, burada yaşamaq qədər fədakarlıq nümunəsidir. Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, bildirib ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının Sərəncamı ilə ən qısa zamanda yüksək səviyyəli yaşayış məntəqəsinə çevrildiyini vurğulayan cənab Mirzəyev insanların böyük fərəh hissi ilə öz doğma yurd-yuvalarına qayıtdıqlarından məmnunluğunu ifadə edib: “Arzu edirəm ki, ən qısa vaxtda Prezident tərəfindən oxşar Sərəncam işğal altında olan digər bölgələrimiz, o cümlədən mənim doğulub boya-başa çatdığım, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barədə də verilsin”. 


Məktəblilər qarşısında çıxış edən BDU-nun  professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri - MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktorunin birinci müavini İsmayıl Hacıyev, “Region+” jurnalının baş redaktoru Namiq Mayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvəri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar. Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti ora bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olunub. 


Nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkarları tərəfindən vandalizmə məruz qalmış, xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbristanlığına  baş çəkib. Qəbristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb. BAMF sədri U.Mirzəyevin ötən il dünyasını dəyişmiş atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsindəki bu məzarlıqda torpağa tapşırılıb. 


Nümayəndə heyətinin üzvləri eyni zamanda Füzuli və Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissələri də ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »