Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.


İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatının «Hürriyyət» qəzetinə qarşı şikayəti olub. Bildirilib ki, cavabdeh tərəf satirik təqdimatın yol verilən hədlərini aşıb. Bu isə haqlı narazılıq yaradıb. Hər bir kütləvi informasiya vasitəsi mövcud səpkili material təqdim edərkən diqqətli olmalı, onun ictimai rəydə doğuracağı reaksiyanı mütləq şəkildə hesablamalıdır. «Hürriyyət» qəzetinin isə bu məqama diqqətsiz yanaşdığını, müvafiq olaraq peşə prinsiplərini pozduğunu söyləmək üçün əsaslar var. Buna görə də komissiya qəzetə xəbərdarlıq edilməsi barədə rəyə gəlib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun «Rubrika.az», «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına qarşı şikayəti ilə bağlı bildirilib ki, «Rubrika.az» saytında ADPU ilə bağlı yayımlanmış, «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarında faktiki olaraq təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yalnış rəy yaradılıb. Buna görə də «Rubrika.az» saytına xəbərdarlıq edilib, «Cumhuriyyet.az» və «Qlobal.az» saytlarına isə istinad materialını təqdim edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə olunub. 


İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin «Qanunxeber.az» saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki «Qanunxeber.az»da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq «Qanunxeber.az» saytı ilə bağlı materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib. 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın «obyektiv.org», «azertaym.az», «cumhuriyyet.az» saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki, cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb, eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi edib. 


«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri Kəmalə Ağazadənin «Ulu zirvə», Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun «Dərələyəz» qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb. 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »