Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının məlumatı

Sentyabrın 22-də keçirilmiş icazəli mitinqlə bağlı

Azərbaycan Mətuat Şurasının monitorinq qrupu Sentyabrın 22-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almayıb. 


Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib. 


MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (055) 201 99 26 və (012) 408 62 75 telefon nömrələrinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb. 


Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.


Qeyd edək ki, Mətbuat Şurası seçki kampaniyası müddətində kütləvi toplantıların daha çox keçirilmə ehtimalını, aksiyaları işıqlandıran jurnalistlərin təhlükəsizliyini təmin etmək, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasına kömək göstərməyin zəruriliyini nəzərə alaraq Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının tərkibini artırıb. Şuranın daxili işlər naziri cənab Ramil Usubova müraciətindən sonra Daimi Komissiyanın işinə bu dövlət orqanından daha iki nümayəndə cəlb olunub. 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »